Avarçəkmə yenidən Qarabağda - FOTOLAR

Avarçəkmə yenidən Qarabağda - FOTOLAR

28 aprel-2 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzulidə yeni salınmış şəhərciyə köç edən sakinlər üçün xususi tədbir keçirilib.

Sports.az xəbər verir ki, Köndələnçay su anbarında təşkil olunan tədbirdə Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana da iştirak edib. 

Füzuli sakinləri Köndələnçayda maraqlı su şouları, avarçəkənlərin nümunəvi çıxışlarını izləyiblər. Həmçinin uşaq və yeniyetmələr üçün maraqlı viktorinalar, intellektual yarışmalar təşkil olunub, qonaqlara federasiya tərəfindən xatirə hədiyyələri təqdim edilib. Qarabağda ilk dəfə sakinlər üçün həvəskar avarçəkmə qayıqlarında özünü sınamaq imkanı yaradılıb. 

“Prezident Kuboku-2025” beynəlxalq reqatasında Avropa, Asiya və Afrikadan 20-dən çox ölkədən 200 nəfərdən artıq idmançı mübarizə aparacaq. Aprelin 29-da saat 14:00-da Mingəçevirdə, Heydər Əliyev prospektində yarışların rəsmi paradı baş tutacaq. 29 aprel saat 11:00-dan etibarən Suqovuşan su anbarında reqatanın açılış mərasimi və ilk yarışlar keçiriləcək. Reqata 1-2 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Son xəbərlər
“Ordu” ilə oyunda çox top itkilərinə yol verdik”
Nazir İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
“Xilasedici”dən asan qələbə
“Ordu” “Lənkəran”a qalib gəldi
Millimizdən Moldova ilə heç-heçə
Bakıda Strateji İnkişaf Seminarı keçirilib
Fransalı futbolçu Azərbaycanla oyundan əvvəl zədələndi
“Qarabağ”ın oyunu ukraynalı hakimə tapşırıldı
Vitinya Verrattini xatırladı
Zeynalovdan Dünya Kubokunda bürünc medal
“Arsenal”dan İngiltərə futbolunda yeni rekord
2-ci Liqada daha 3 turun oyun cədvəli açıqlandı
“Real” “Tottenhem”in müdafiəçisinə marağını saxlayır
“Qarabağ”ın legionerindən parataekvondoçulara dəstək
9 komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax”ın futbolçusuna bir oyunluq cəza
Əsas ulduzu “Liverpul”dan ayrıla bilər
“Şəmkir”i də azarkeşləri ziyana saldı
“Zaqatala” 600 manatlıq cərimələndi
Azarkeşləri “Kəpəz”i ziyana saldılar
“Arsenal” əsas ulduzlarından biri ilə müqaviləsini yeniləməyə çalışır
Azərbaycan çempionatının oyunları təxirə salındı
Nazir İran səfiri ilə gənclər və idman sahəsində əməkdaşlığı müzakirə edib
Yeniyetmə cüdoçular arasında region birinciliyi keçiriləcək
Vinisius “Real”dan ayrılarsa, seçimləri çox olacaq
Azərbaycan ağırlıqqaldıranı AÇ-də 3 gümüş medal qazanıb
“Rotasiya olmadan bu cür oyunlarda qələbə qazanmağımız çətin görünür”
İlk tura yekun vuruldu
“Çelsi” “Barselona”nın qapıçısı ilə maraqlanır
“Sumqayıt” 50-yə çatdı
DAHA ÇOX

Ən çox oxunanlar