Digər
Millimiz Gümüş Avropa Liqasına məğlubiyyətə başladı

06.06.2025 | 21:00
Azərbaycanın kişi voleybolçulardan ibarət yığması 1-ci turu İsveçdə təşkil olunan Gümüş Avropa Liqasında ilk matçını keçirib.
Sports.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda İsveç yığması ilə üz-üzə gəlib.
Görüş meydan sahiblərinin 3:0 (13:25, 20:25, 14:25) hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan yığması növbəti oyununu sabah Gürcüstana qarşı keçirəcək.
Son xəbərlər





























