Digər
Azərbaycan yığması yenə uduzdu

07.06.2025 | 00:10
Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Qızıl Avropa Liqasında növbəti matçını keçirib.
Sports.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Slovakiya seçməsi ilə qarşılaşıb.
Görüş rəqib yığmanın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:20, 25:12, 25:20).
Qızıl Avropa Liqasının ikinci turu Slovakiyanın paytaxtı Bratislavada keçirilir. Azərbaycan yığması daha əvvəl Bakıdakı matçlarda Macarıstan və Sloveniya seçmələrinə 0:3 hesabı ilə uduzub. Komanda növbəti görüşünü sabah Monteneqro millisinə qarşı keçirəcək.
Son xəbərlər





























