MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib

MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib

Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin iclası keçirilib.

Sports.az xəbər verir ki, MOK-un inzibati binasında baş tutan toplantıda çıxış edən qurumun vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin iştirakçılarını gündəliklə tanış edib.

Gündəliyə Bakı-2015 I Avropa Oyunlarının 10 illik yubileyinə həsr edilmiş “Süni intellekt (AI) və idmanda innovasiya" müsabiqəsi, EYOF-2025 Avropa Gənclər Olimpiya Festivalı, Olimpiya Günü ilə bağlı və cari məsələlər daxil edilib.

Çingiz Hüseynzadə Bakı-2015 I Avropa Oyunlarının 10 illik yubileyindən danışıb:

“10 il əvvəl bütün dünyanın diqqəti Azərbaycana yönəlmişdi. Ölkəmiz tarixdə ilk dəfə bu məsuliyyəti öz üzərinə götürərək, I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. I Avropa Oyunlarını nümunəvi təşkil etməklə beynəlxalq qurumların etimadını qazandıq. Sübut etdik ki, Azərbaycan istənilən mötəbər idman tədbirinin keçirilməsi üçün ən etibarlı tərəfdaşdır. “Süni intellekt (AI) və idmanda innovasiya” dünyada ilk dəfədir ki, təşkil olunur”.

Müsabiqədə iştirak üçün yaşı 18-dən yuxarı olan hər bir şəxsin müraciət etmək imkanı olduğunu qeyd edən Çingiz Hüseynzadə münsiflər heyətinin də müəyyənləşdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, münsiflər heyətinə Avropa və Türkiyə Olimpiya Komitəsindən, eləcə də ölkəmizdən nümayəndələr daxil edilib. Münsiflər heyətinə İspaniya Milli Olimpiya Komitəsinin baş katibi Viktoriya Kabezas, Türkiyə Milli Olimpiya Komitəsinin İctimaiyyətlə əlaqələr üzrə direktoru Volkan Öner, I Avropa Oyunlarının ulduz səfiri Tünzalə Ağayeva, qızıl mükafatçısı Rəsul Çunayev və MOK-un nümayəndəsi Mehman Kərimov daxildir.

İcariyyə Komitəsinin iclasında Çingiz Hüseynzadə Olimpiya Günü ilə bağlı danışarkən qeyd edib, ki, iyunun 23-də Milli Olimpiya Komitəsində bununla bağlı tədbir təşkil olunacaq.

MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov Bakı-2015 Avropa Oyunlarının 10 illik yubileyinə həsr edilmiş “Süni intellekt (AI) və idmanda innovasiya müsabiqəsi”nin təqdimatı ilə bağlı çıxış edib. I Avropa Oyunlarının yunan-Roma güləşi üzrə qalibi Rəsul Çunayev və oyunların ulduz səfiri Tünzalə Ağayeva Bakı-2015 Avropa Oyunları barədə təəssüratlarını bölüşüblər.

İclasda həmçinin Skopye-2025 EYOF-un missiya rəhbəri Vaqif Əliyev çıxış edərək İcraiyyə Komitəsinin üzvlərinə Avropa Gənclər Olimpiya Festivalına hazırlıqla bağlı məlumat verib. (Report)

Son xəbərlər
“Real” Vinisiusu cəzalandırmayacaq
“Bayer”də ciddi itki
“Azərreyl” “Radniçki” səddini keçə bilsə…
İspaniya klubunun futbolçusu 15 yaşında vəfat edib
“Barselona” müdafiəçisini itirdi
“Azəryol” Japarova ilə gücləndi
Millinin heyəti açıqlandı
Millimizin İslandiya və Fransaya qarşı oyunlarının biletləri satışa çıxarıldı
“Milan” hücumçusunu yığma komandaya buraxmaq istəmir
Günün oyunları – TV
“Real” Karvaxalın zədəsi barədə rəsmi açıqlama yaydı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinə start verilir
De la Fuente Yamalla Karvaxalı barışdırmalı olacaq
Yamal Barselonada təzə ev alacaq
Raşford da “El-Klasiko”dakı məğlubiyyətdən sonra bəyanat verdi
Vinisius “Real”ı tərk etmək istəyini bildirdi
Rafinya Yamalın səhvini açıqladı
Venger “Barselona”nın “El-Klasiko”dakı məğlubiyyətini şərh etdi
“Yuventus”un sükanı arxasına namizədlər açıqlandı
“Atletiko”dan inamlı qələbə
DÇ-nin son günündə daha bir medal
“Fənərbağça”dan darmadağın
“Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı
Bellingem “El-Klasiko”da qələbəni şərh etdi
Yamal və Karvaxal küsüşüblər?
Kapello “Napoli” – “İnter” oyunu ilə bağlı fikrini açıqladı
Karreras Yamalı ələ saldı
“Neftçi” - MOİK matçına giriş pulsuz olacaq
PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu
“Qarabağ”ın rəqibində ciddi itki
DAHA ÇOX

Ən çox oxunanlar