Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılış mərasimi keçirilib

Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılış mərasimi keçirilib

Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılış mərasimi olub. 

Sports.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Vüsal Nəsirli, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər rəsmilər iştirak ediblər. 

Qonaqlar Mərkəzlə tanış olub, yeniyetmə boksçuların məşqlərini və döyüşlərini izləyiblər. Gənclər və idman naziri Fərid Qayıbovla ABF-in vitse-prezidenti Vüsal Nəsirli müvafiq tövsiyə və tapşırıqlarını veriblər. 

Mərkəz ABF tərəfindən müasir tələblərə cavab verən lazımı avadanlıqlarla təchiz olunub. Yeni boks ocağının ümumi sahəsi 2,5 hektardan çoxdur və inzibati bina iki mərtəbədən ibarətdir. Burada birinci mərtəbədə məşq zalı və iki rinq idmançıların ixtiyarına verilib. Mərkəzdə məşqçilərin toplantı otağı, 2 paltardəyişmə otağı, trenajorlar və minifutbol meydançası var.

Qeyd edək ki, ABF-in əsas fəaliyyət istiqamətlərindən biri regionlarda boksa olan marağı daha da artırmaq, kütləviliyini təmin etmək və maddi-texniki bazasını gücləndirməkdir. Cənub Regional Boks Mərkəzindən başqa, Bakı Boks Mərkəzi və Sumqayıt şəhər stadionunda Boks Təlim Mərkəzi də fəaliyyət göstərir.

Son xəbərlər
“Real” Vinisiusu cəzalandırmayacaq
“Bayer”də ciddi itki
“Azərreyl” “Radniçki” səddini keçə bilsə…
İspaniya klubunun futbolçusu 15 yaşında vəfat edib
“Barselona” müdafiəçisini itirdi
“Azəryol” Japarova ilə gücləndi
Millinin heyəti açıqlandı
Millimizin İslandiya və Fransaya qarşı oyunlarının biletləri satışa çıxarıldı
“Milan” hücumçusunu yığma komandaya buraxmaq istəmir
Günün oyunları – TV
“Real” Karvaxalın zədəsi barədə rəsmi açıqlama yaydı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinə start verilir
De la Fuente Yamalla Karvaxalı barışdırmalı olacaq
Yamal Barselonada təzə ev alacaq
Raşford da “El-Klasiko”dakı məğlubiyyətdən sonra bəyanat verdi
Vinisius “Real”ı tərk etmək istəyini bildirdi
Rafinya Yamalın səhvini açıqladı
Venger “Barselona”nın “El-Klasiko”dakı məğlubiyyətini şərh etdi
“Yuventus”un sükanı arxasına namizədlər açıqlandı
“Atletiko”dan inamlı qələbə
DÇ-nin son günündə daha bir medal
“Fənərbağça”dan darmadağın
“Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı
Bellingem “El-Klasiko”da qələbəni şərh etdi
Yamal və Karvaxal küsüşüblər?
Kapello “Napoli” – “İnter” oyunu ilə bağlı fikrini açıqladı
Karreras Yamalı ələ saldı
“Neftçi” - MOİK matçına giriş pulsuz olacaq
PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu
“Qarabağ”ın rəqibində ciddi itki
DAHA ÇOX

Ən çox oxunanlar