Əməkdar məşqçinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə start verilib

Əməkdar məşqçinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə start verilib

Gənclər və İdman Nazirliyi, Dünya Atletikası və Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə əməkdar məşqçi Əfqan Səfərovun 28-ci beynəlxalq memorialına start verilib.

Sports.az xəbər verir ki, açılış mərasimində çıxış edən AAF-ın baş katibi Məhərrəm Sultanzadə və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva Əfqan Səfərovun ölkəmizdə atletikanın inkişafı yolunda misilsiz xidmətlərindən danışaraq yüksək statuslu memorialın iştirakçılar üçün nufuzlu yarışlar öncəsi mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Yarışda Azərbaycan atletləri ilə yanaşı, Gürcüstan və Tacikistandan ümumilikdə 70-ə yaxın idmançı mübarizə aparır.

Memorialın ilk günündə kişilər arasında nüvə itələmə yarışında qalib olan İsmayıl Əliyev 17.50 metr nəticə göstərərək 1961-ci ildən bəri Zaur Sadıxova məxsus olan Azərbaycan rekordunu yeniləyib. Bu növdə qadınlar arasında Səkinə Hacızadə bütün rəqiblərini qabaqlayıb. Üç təkanla tullanmada Nazim Babayev və Yekaterina Sarıyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

100 metr məsafəyə qaçışda müvafiq olaraq kişilər və qadınlarda Əlhəm Nağıyev və Fəridə Rzayeva, 400 metrdə Novruz Əsədli və Lamiyə Vəliyeva, 1500 metrdə Bəxtiyar Əsgərli memorialın qalibi olub. 4x100 metr estafetdə kişilərdə Oqtay Xudiyev, Ruslan Klyukov, Yusuf Abdullayev,Vladimir Borisov, qadınlarda isə Safiya Kərimova, Ləman İsfəndiyarova, Lamiyə Vəliyeva, Fəridə Rzayeva baş mükafatları qazanıblar.

Son xəbərlər
“Real” Vinisiusu cəzalandırmayacaq
“Bayer”də ciddi itki
“Azərreyl” “Radniçki” səddini keçə bilsə…
İspaniya klubunun futbolçusu 15 yaşında vəfat edib
“Barselona” müdafiəçisini itirdi
“Azəryol” Japarova ilə gücləndi
Millinin heyəti açıqlandı
Millimizin İslandiya və Fransaya qarşı oyunlarının biletləri satışa çıxarıldı
“Milan” hücumçusunu yığma komandaya buraxmaq istəmir
Günün oyunları – TV
“Real” Karvaxalın zədəsi barədə rəsmi açıqlama yaydı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinə start verilir
De la Fuente Yamalla Karvaxalı barışdırmalı olacaq
Yamal Barselonada təzə ev alacaq
Raşford da “El-Klasiko”dakı məğlubiyyətdən sonra bəyanat verdi
Vinisius “Real”ı tərk etmək istəyini bildirdi
Rafinya Yamalın səhvini açıqladı
Venger “Barselona”nın “El-Klasiko”dakı məğlubiyyətini şərh etdi
“Yuventus”un sükanı arxasına namizədlər açıqlandı
“Atletiko”dan inamlı qələbə
DÇ-nin son günündə daha bir medal
“Fənərbağça”dan darmadağın
“Kəpəz” gürcü futbolçusu ilə vidalaşdı
Bellingem “El-Klasiko”da qələbəni şərh etdi
Yamal və Karvaxal küsüşüblər?
Kapello “Napoli” – “İnter” oyunu ilə bağlı fikrini açıqladı
Karreras Yamalı ələ saldı
“Neftçi” - MOİK matçına giriş pulsuz olacaq
PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu
“Qarabağ”ın rəqibində ciddi itki
DAHA ÇOX

Ən çox oxunanlar