AAF-ın prezidenti çexiyalı həmkarını qəbul edib

AAF-ın prezidenti çexiyalı həmkarını qəbul edib

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə, Avropa Ağırlıqqaldırma Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Çexiya Ağırlıqqaldırma Federasiyasının prezidenti Duşan Kovaçı qəbul edib.

Sports.az xəbər verir ki, görüşdə həmçinin Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət qrupu”nun üzvü və AAF-ın vitse-prezidenti Firdovsi Umudov da iştirak edib.

Söhbət zamanı iki ölkənin federasiyaları arasındakı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Gələcəkdə Azərbaycan və Çexiya atletlərinin iştirakı ilə birgə təlim-məşq toplanışlarının və seminarların təşkili ətrafında fikir mübadiləsi aparılıb. 

Görüşün sonunda AAF-ın prezidenti Kamran Nəbizadə qonaq həmkarına federasiya adından xüsusi hədiyyə təqdim edib. Duşan Kovaç da öz növbəsində Kamran Nəbizadəyə Çexiya Ağırlıqqaldırma Federasiyasının xatirə medalını verib. 

Daha sonra çexiyalı qonaq AAF-ın vitse-prezidenti Firdovsi Umudovla birgə yığma komandamızın təlim-məşq bazası ilə tanış olub. Duşan Kovaç gənc və yeniyetmə atletlərin hazırlıq prosesini izləyib. Atletlərimizə yaradılan şəraitin yüksək səviyyədə olduğuna diqqət çəkən qonaq, nəticələrin qazanılmasında bu məqamın vacibliyini vurğulayıb. Sonda Duşan Kovaç və Firdovsi Umudov komanda üzvləri ilə xatirə fotosu çəkdirib.

Son xəbərlər
“Neftçi” - MOİK matçına giriş pulsuz olacaq
PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu
“Qarabağ”ın rəqibində ciddi itki
“İmişli”nin futbolçusu əməliyyat olundu
“Sumqayıt”da yeni basketbolçu
MY “Bayern”in yarımmüdafiəçisi ilə maraqlanır
Millimiz İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb
“Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi
“Yuventus” baş məşqçisini qovdu
“Qələbə qazanmaq böyük önəm kəsb edirdi”
Millimiz yenə böyük hesabla uduzdu
Azərbaycan millisindən yoxlama oyununda növbəti qələbə
Alim Nəbiyev MMA-da növbəti qələbəsini qazanıb
Azərbaycan karateçiləri Polşada 8 medal qazanıb
MY Bellingemi icarəyə götürmək istəyir
“Liverpul” “Real”ın iki oyunçusu ilə maraqlanır
“Bornmut” Semenyoya transfer qiyməti müəyyənləşdirdi
PSJ-nin yarımmüdafiəçisi sıraya dönməyə yaxındır
“Barselona” “Olimpik”in hücumçusu ilə maraqlanır
“Real”ın hücumçusu Almaniya Bundesliqasına keçə bilər
Retkliff “Barselona”nın ulduzunun satın alınmasına qadağa qoydu
Günün oyunları – TV
Trek velosipedi üzrə mövsümün son yarışı keçirilib
“Arsenal” İngiltərə Premyer Liqasında qələbə sayına görə ikinci klub oldu
Arda Güler “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
Atıcılıq Federasiyasının rəsmisi ESC-nın rəyasət heyətinə üzv seçilib
UEFA Pro kursunun 4-cü mərhələsi başlayıb
Əvəzedicilərin yarışında 3 turun oyun cədvəli açıqlandı
1-ci Liqada daha 2 turun oyun cədvəli açıqlandı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin təyinatları açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar