ASF rəsmiləri Sinqapurda konqresdə iştirak ediblər

ASF rəsmiləri Sinqapurda konqresdə iştirak ediblər

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev və baş katibi Oqtay Atayev Sinqapurda keçirilmiş Beynəlxalq Su İdman Növləri Federasiyasının (World Aquatics) konqresində iştirak ediblər.

Sports.az xəbər verir ki, tədbir çərçivəsində müxtəlif çıxışlar, müzakirələr, görüşlər və WA bürosuna seçkilər baş tutub.

ASF rəhbərliyi üçün konqres həm də beynəlxalq əlaqələrin genişləndirilməsi, tərəfdaşlıqların qurulması, təcrübə mübadiləsi və gələcək əməkdaşlıqlar baxımından önəm daşıyır.

Zaur Əliyev WA prezidenti Hüseyn Əl-Müsəlləm, vitse-prezidenti və Avropa Su İdman Növləri Federasiyasının (European Aquatics) prezidenti Antonio Silva, EA vitse-prezidentləri Yosip Varvodiç və Erkan Yalçın, Asiya Olimpiya Şurasının Mərkəzi Asiya üzrə vitse-prezidenti Otabek Umarov, eləcə də Belarus Üzgüçülük Federasiyasının prezidenti Olqa Brusnikina ilə görüşlər keçirib.

WA Konqresi Beynəlxalq Su İdman Növləri Federasiyasının ali idareətmə toplantısıdır. Burada üzv ölkələrin nümayəndələri iştirak edir və təşkilatın gələcək strategiyası və siyasəti, idarəetmə və struktur islahatları, beynəlxalq yarışlar və qaydalar müzakirə olunur. Adətən konqres dünya çempionatı və ya Olimpiya Oyunları zamanı təşkil edilir.

Hazırda konfransla paralel Sinqapurda su idman növləri üzrə dünya çempionatı keçirilir. Üzgüçülük üzrə Azərbaycan milli komandası bu yarışda Ramil Vəlizadə və Süleyman İsmayılzadə ilə təmsil olunub. Onları baş məşqçi Rəşad Əbdürəhmanov və məşqçi Ruslan Hətəmxanov müşayiət edir. Prezident milli komandayla görüşüb, ətraflı söhbət edib, idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, yarış 3 avqustadək davam edəcək. Ümumilikdə çempionatda 200-dan çox ölkədən 2500-dək idmançı iştirak edir.

Son xəbərlər
“Qarabağ”ın əvəzediciləri uduzdu, “Sabah-2” qalib gəldi
“Yuventus” baş məşqçisini qovdu
“Qələbə qazanmaq böyük önəm kəsb edirdi”
Millimiz yenə böyük hesabla uduzdu
Azərbaycan millisindən yoxlama oyununda növbəti qələbə
Alim Nəbiyev MMA-da növbəti qələbəsini qazanıb
Azərbaycan karateçiləri Polşada 8 medal qazanıb
MY Bellingemi icarəyə götürmək istəyir
“Liverpul” “Real”ın iki oyunçusu ilə maraqlanır
“Bornmut” Semenyoya transfer qiyməti müəyyənləşdirdi
PSJ-nin yarımmüdafiəçisi sıraya dönməyə yaxındır
“Barselona” “Olimpik”in hücumçusu ilə maraqlanır
“Real”ın hücumçusu Almaniya Bundesliqasına keçə bilər
Retkliff “Barselona”nın ulduzunun satın alınmasına qadağa qoydu
Günün oyunları – TV
Trek velosipedi üzrə mövsümün son yarışı keçirilib
“Arsenal” İngiltərə Premyer Liqasında qələbə sayına görə ikinci klub oldu
Arda Güler “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
Atıcılıq Federasiyasının rəsmisi ESC-nın rəyasət heyətinə üzv seçilib
UEFA Pro kursunun 4-cü mərhələsi başlayıb
Əvəzedicilərin yarışında 3 turun oyun cədvəli açıqlandı
1-ci Liqada daha 2 turun oyun cədvəli açıqlandı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin təyinatları açıqlandı
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi müəyyənləşdi
“Zirə”nin futbolçusu Premyer Liqada 100-cu matçını keçirdi
“Qəbələ” Premyer Liqada 200-cü dəfə məğlub oldu
“Kəpəz” öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün yubiley
Millimizin seçmə mərhələdə ikinci sınağı
Millimiz bu gün növbəti yoldaşlıq matçını keçirəcək
DAHA ÇOX

Ən çox oxunanlar