Digər
Azərbaycan komandası Avropa birinciliyində üçüncü oldu

01.08.2025 | 13:40
Azərbaycanın ağırlıqqaldırma üzrə komandası İspaniyanın paytaxtı Madriddə keçirilmiş U-15 Avropa birinciliyində üçüncü yeri tutub.
Bu barədə Sports.az-a Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Qitəmiqyaslı yarışda Musab Məmmədtağıyev, Lətif Əliyev və Muhəmmədəli Məmmədzadənin qazandığı 3 qızıl və 4 gümüş medal sayəsində Azərbaycan komandası İspaniya, Polşa, Bolqarıstan kimi kollektivləri qabaqlayıb.
Son xəbərlər





























