Azərbaycanlı boksçuya haqsızlıq edən hakimə ömürlük cəza

Azərbaycanlı boksçuya haqsızlıq edən hakimə ömürlük cəza

Ötən ay Serbiyada məktəblilər arasında keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan boksçusuna qarşı qərəzli şəkildə haqsızlıq edən hakim cəzasız qalmayıb.

Sports.az xəbər verir ki, ABF bununla bağlı Beynəlxalq Boks Assosiasiyasına (IBA) ünvanlandığı etiraz məktubu, o cümlədən idmançının hüquqlarının qorunması üçün gördüyü işlərə cavab olaraq hakim Stefan Subalevski ömürlük hakim titulundan məhrum ediləcək.

IBA prezidenti Umar Kremlyev bununla bağlı şəxsi sosial şəbəkə hesabında paylaşım edib.

O videomüraciətində bildirib ki, məktəbli boksçuların Avropa birinciliyində Azərbaycan millisinin üzvü Yusif Ağakişiyevin (75 kq) döyüşündəki hakim özbaşınalığa yol verməməli idi: “Bu həm İBA-nın çağırışıdır, həm də boks ailəsinin təmiz boks uğrunda istəyidir. Kim ki, idman dəyərlərini pozur, onlar olmamalıdır. Nə İBA-da, nə də idmanda. Beləliklə, bu cür halların qarşısını ciddi şəkildə alırıq”.

U.Kremlyev vurğulayıb ki, döyüşü idarə edən hakimi ömürlük boksdan kənarlaşdıracaqlar: “Boksçunun məşqçisini dəstəkləyirəm. Amma onun hərəkətləri də düz deyil, bu cür olmamalıdır. Bunun üçün qərar verən xüsusi orqanlar – intizam və etika komissiyaları var. Hakim isə ömürlük kənarlaşdırılmalıdır”.

Qeyd edək ki, Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 75 kq çəki dərəcəsində mübarizə aparan Yusif Ağakişiyevlə yerli Viktor Maystroviçin final görüşündə boksçumuzun çempionluğu əlindən alınıb. Görüşün Şimali Makedoniyadan olan baş hakimi Stefan Subalevski qərəzli şəkildə rəqibin xeyrinə qərarlar verib və yarımçıq dayandırılan görüşdə qələbə serbiyalı idmançıya verilib.

Son xəbərlər
MY Bellingemi icarəyə götürmək istəyir
“Liverpul” “Real”ın iki oyunçusu ilə maraqlanır
“Bornmut” Semenyoya transfer qiyməti müəyyənləşdirdi
PSJ-nin yarımmüdafiəçisi sıraya dönməyə yaxındır
“Barselona” “Olimpik”in hücumçusu ilə maraqlanır
“Real”ın hücumçusu Almaniya Bundesliqasına keçə bilər
Retkliff “Barselona”nın ulduzunun satın alınmasına qadağa qoydu
Günün oyunları – TV
Trek velosipedi üzrə mövsümün son yarışı keçirilib
“Arsenal” İngiltərə Premyer Liqasında qələbə sayına görə ikinci klub oldu
Arda Güler “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
Atıcılıq Federasiyasının rəsmisi ESC-nın rəyasət heyətinə üzv seçilib
UEFA Pro kursunun 4-cü mərhələsi başlayıb
Əvəzedicilərin yarışında 3 turun oyun cədvəli açıqlandı
1-ci Liqada daha 2 turun oyun cədvəli açıqlandı
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin təyinatları açıqlandı
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi müəyyənləşdi
“Zirə”nin futbolçusu Premyer Liqada 100-cu matçını keçirdi
“Qəbələ” Premyer Liqada 200-cü dəfə məğlub oldu
“Kəpəz” öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi üçün yubiley
Millimizin seçmə mərhələdə ikinci sınağı
Millimiz bu gün növbəti yoldaşlıq matçını keçirəcək
Qəbələdə bədii gimnastika üzrə "Grace of Nature" turniri keçirilib
“Liverpul” Salahın mümkün əvəzediclərini baxışdan keçirir
“Çelsi”nin yeni baş sponsoru peyda ola bilər
“Liverpul”da baş məşqçi dəyişikliyi “havası çalınır”
Karvaxal “Barselona” üzərində qələbənin vacibliyini vurğuladı
Ronald Arauxo “El-Klasiko”da “Real”a məğlubiyyəti şərh etdi
Mbappe “El-Klasiko”da “Barselona” üzərində qələbəni şərh etdi
DAHA ÇOX

Ən çox oxunanlar