Digər
AVF rəhbərliyi milli üzvləri ilə görüşdü

23.08.2025 | 23:20
Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Faiq Orucov, icraçı direktor Vüqar Hüseynzadə və maliyyə direktoru Sənan Cəfərov 17 yaşadək oğlanlardan ibarət milli komandamızın MDB Oyunları öncəsi məşq prosesini izləyiblər.
Sports.az xəbər verir ki, federasiya rəsmiləri Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan məşqdən əvvəl komanda üzvləri və məşqçilər heyəti ilə görüşüblər.
Onlar ölkəmizin ev sahibliyi etdiyi yarışda yığmamızın uğurlu çıxışına inamlarını bildiriblər və voleybolçularımıza uğurlar arzulayıblar.
Son xəbərlər