Gəncədə MDB Oyunlarının rəsmi geri sayım mərasimi keçirilib

Gəncədə MDB Oyunlarının rəsmi geri sayım mərasimi keçirilib

Gəncədə 3-cü MDB Oyunlarının rəsmi geri sayım mərasimi keçirilib. 

Sports.az xəbər verir ki, tədbirdə Oyunların Təşkilat Komitəsinin sədr müavini, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, belə əhəmiyyətli idman tədbirinin Azərbaycanda keçirilməsi ölkənin idman və mədəni həyatında mühüm hadisədir.

Xüsusilə Adil Tağıyev qeyd edib ki, 3-cü MDB Oyunlarına hazırlıq çərçivəsində şəhərdə genişmiqyaslı təmir-tikinti işləri aparılır. Gəncədə həmçinin Qafqazın ən böyük idman sarayı inşa olunub.

Öz növbəsində nazir Fərid Qayıbov Gəncə sakinlərini Oyunlar zamanı idmançıları fəal dəstəkləməyə çağırıb. "Oyunların başlanmasına bir aydan da az vaxt qalıb. Bildiyiniz kimi, idman Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmiz artıq müxtəlif multi-idman yarışlara ev sahibliyi edib. Lakin ilk dəfə belə böyük idman tədbiri regionlarda keçiriləcək. Gəncədə açılış və bağlanış mərasimləri, eləcə də bir sıra idman növləri üzrə yarışlar təşkil olunacaq", – deyə o bildirib.

Mərasim çərçivəsində geniş ictimaiyyətə 3-cü MDB Oyunlarının rəsmi talismanları – Bəbir və Leyla təqdim olunub.

Tədbirin əsas məqamı xüsusi quraşdırılmış stendlərdə geri sayım saatlarının işə salınması olub.

Bayram proqramı populyar ifaçılar Əmiliya Yaqubova və Çingiz Mustafayevin iştirakı ilə maraqlı konsertlə davam edib. Həmçinin tamaşaçılara Azərbaycan Gimnastika Federasiyası tərəfindən hazırlanan musiqi-xoreoqrafik nümayiş təqdim olunub.

Qeyd edək ki, 3-cü MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-nə qədər Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq. 

Son xəbərlər
“Qəbələ”dən növbəti transfer
Premyer Liqa klubu 40 yaşlı qapıçısını geri qaytardı
Dünya çempionu olan qapıçı 40 yaşında karyerasını bitirdi
“Real”ın klub televiziyası İspaniyadakı hakimləri yenə tənqid etdi
Dieqo Simeone müasir futbolun ən yaxşı futbolçusunu açıqladı
Qvardiola həyəcan içindədir
Vardi “Kremoneze”yə keçidini şərh etdi
Usik xeyriyyə məqsədli futbol oyununda iştirak etmək niyyətindədir
“Əl-Hilal” ÇSKA-nın təklifini rədd etdi
İsak “Liverpul”la məşqə qatıldı
“Spartak” avqust ayının ən yaxşı oyunçusunu açıqladı
Raul Madridə “Real”ın baş məşqçisi kimi qayıdacağına söz verdi
“Ronaldo Messi ilə bir səviyyədə ola bilməz” - Kapello
Alfonso Dominqes DÇ-nin yarımfinalında
“Neftçi” Şeydayevlə vidalaşdı
Millimiz Gürcüstan yığmasına qalib gəldi
Marmuş Mançester derbisini buraxacaq
Rüfət Əhmədov “Qəbələ”də
ACF-dən Bakıda ne-vaza üzrə seminar
“Beşiktaş”dan yeni transfer
Millimiz Vyetnama qalib gəldi
“Karvan-Yevlax”da iki ayrılıq
Millimiz Avropa çempionatında əsas mərhələyə yüksəldi
Tuxel İngiltərə millisinin tarixinə düşdü
“Sərhədçi” heyətini yeni basketbolçu ilə gücləndirdi
Kazımova beynəlxalq yarışa təyinat aldı
“Quba” daha bir legioner transferini reallaşdırdı
Əvəzedicilərin yarışında 4-cü turun təyinatları açıqlandı
1-ci Liqada ilk turun təyinatları açıqlandı
Millimiz Moldovada yoxlama oyunları keçirəcək
DAHA ÇOX

Ən çox oxunanlar