Digər
“Lənkəran” baş məşqçisi ilə müqavilənin müddətini uzatdı

02.09.2025 | 13:45
"Lənkəran" basketbol komandası baş məşçisi ilə müqavilənin müddətini uzadıb.
Bu barədə Sports.az-a bölgə təmsilçisindən məlumat verilib.
Komanda belarusiyalı mütəxəssis Georgi Kondruseviçlə yola davam edəcək. Orxan Abbasov köməkçi məşqçi olacaq. O, məşqçilik ilə yanaşı həm də parketdə klubun uğurları üçün çalışacaq.
Kondruseviçin rəhbərliyi altında "Lənkəran" ötən mövsümün mübarizə apardığı müntəzəm çempionatın B qrupunda 6-cı olub. Komanda 4 pley-in mərhələsində "Gəncə" ilə qarşılaşıb. Hər 2 matçda məğlub olan cənub təmsilçisi nübarizəni pley-ində tamamlayıb.
Son xəbərlər