Digər
Özbək futbolçu sıradan çıxdı

02.09.2025 | 18:15
“Mançester Siti”nin müdafiəçisi Abdukodir Xusanov zədələnib.
Sports.az Özbəkistan Futbol Federasiyasına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu sol baldır əzələsini zədələyib və ən azı iki həftə meydana çıxa bilməyəcək.
Bu səbəbdən, Xusanov qarşıdakı oyunlarda milli komandaya da kömək edə bilməyəcək.
Özbək müdafiəçi ötən mövsüm “şəhərlilər”in heyətində 26 matça çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2025-ci ilin yanvarında “Mançester Siti”yə transfer olunub və klubla müddəti 2029-cu ilin ortalarınadək olan müqavilə imzalayıb.
Son xəbərlər