Digər
Özbəkistan klubu Bakıda çempion oldu

03.09.2025 | 19:45
Bakıda keçirilən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq həndbol turnirinin qalibi müəyyənləşib.
Bu barədə Sports.az-a Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
"AHF Arena"da təşkil olunan final matçında Qazaxıstan millisi ilə Özbəkistanın OKMK komandası üz-üzə gəlib. Qarşılaşma Özbəkistan klubunun 29:28 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə OKMK turnirin qızıl medallarına yiyələnib.
Son xəbərlər