Digər
Runi tennisçi Karlos Alkarası təbrik etdi

08.09.2025 | 23:50
İngiltərə yığmasının keçmiş hücumçusu Ueyn Runi 22 yaşlı ispan tennisçi Karlos Alkarası 2025-ci il ABŞ Açıq Çempionatında qalibiyyəti münasibətilə təbrik edib.
Sports.az xəbər verir ki, Runi təbrikini ikicə kəlmə ilə ifadə edib:
“İnanılmaz istedad!” – Ueyn özünün “X” sosial şəbəkə hesabı üzərindən paylaşıb.
Xatırladaq ki, Alkaras finalda dünya reytinqinin lideri, italyalı tennisçi Yannik Sinneri ümumi hesabda 3:1 (6:2, 3:6, 6:1, 6:4) məğlub edərək, yarışın qalibi olub.
Son xəbərlər