Digər
Çimərlik voleybolçularımız Avropa çempionatına yollandılar

09.09.2025 | 16:50
Çimərlik voleybolu üzrə 18 yaşadək qızlardan və oğlanlardan ibarət Azərbaycan milliləri Avropa çempionatında iştirak etmək üçün İtaliyaya yollanıblar.
Sports.az xəbər verir ki, yığmalar bu gün yarışın keçiriləcəyi Corigliano Rossano şəhərinə yola düşüblər.
Sentyabrın 11-14-ü aralığında baş tutacaq çempionatda ölkəmiz bir qız (Xədicə Hadızadə/Cəmilə Bəşirova) və bir oğlan (İbrahim Məmmədov/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.
Son xəbərlər