Digər
Azərbaycan klubu daha bir amerikalı basketbolçu gətirdi

10.09.2025 | 16:30
NTD komandası ABŞ-dən olan daha bir basketbolçunu transfer edib.
Sports.az xəbər verir ki, oyunqurucusu mövqeyində çıxış edən Andre Terell Makki heyətə cəlb olunub.
24 yaşlı basketbolçu mövsümün sonunadək paytaxt təmsilçisinin formasını geyinəcək.
NTD buna qədər Ladarius Marşalın və Kobud Montqomerinin transferlərini həyata keçirib.
Son xəbərlər