Digər
Millimiz Avropa çempionatında əsas mərhələyə yüksəldi

10.09.2025 | 19:00
Azərbaycanın çimərlik voleybolu üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatında əsas mərhələyə yüksəlib.
Sports.az xəbər verir ki, İtaliyanın Korilyano-Roccano şəhərində keçirilən yarışda İbrahim Məmmədov/Muhammad Aslanlı cütündən ibarət komandamız təsnifat mərhələsində Serbiya millisi ilə qarşılaşıb.
Görüş təmsilçilərimizin 2:0 (21:10; 21:15) hesablı qələbəsi ilə başa çatıb və yığma Avropa çempionatında əsas mərhələyə yüksəlib.
Azərbaycan çempionatda bir qız və bir oğlan komandası ilə təmsil olunur. Qızlar yarışa əsas mərhələdən qoşulacaqlar. Əsas mərhələ oyunlarına sabah start veriləcək.
Son xəbərlər