Digər
Usik xeyriyyə məqsədli futbol oyununda iştirak etmək niyyətindədir

10.09.2025 | 22:10
Superağır çəkidə mütləq dünya çempionu, 38 yaşlı ukraynalı məğlubedilməz boksçu Aleksandr Usik Portuqaliyada baş tutacaq xeyriyyə məqsədli futbol oyununda iştirak edə bilər.
Sports.az xəbər verir ki, oyunda dünya futbolunun bir çox ulduzu – karyerasını başa vurmuş futbolçuların iştirakı gözlənilir.
Usik hazırda zədədən bərpa mərhələsi keçdiyi üçün, bu oyunun meydanda ancaq ilk on dəqiqəsi ərzində iştirakı nəzərədə tutulub.
Boksçu həmçinin şəxsi fondunun irəli çəkilməsində maraqlıdır.
Son xəbərlər