Nazir idman federasiyalarının nümayəndələri ilə görüşdü

Nazir idman federasiyalarının nümayəndələri ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan İdman Akademiyasında idman federasiyalarının nümayəndələri ilə 22-ci görüşünü keçirib.

Sports.az xəbər verir ki, görüş zamanı nazir son dövrdə idman sahəsində görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Tədbirdə XXXII Ümumdünya Yay Universiadası (FISU), XII Dünya Oyunları, XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı və Avropa Gənclər Paralimpiya Oyunları ilə bağlı hesabatlar dinlənilib. Həmçinin VI İslam Həmrəyliyi Oyunlarına, eləcə də bu il Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq vəziyyəti barədə məlumat verilib.

İclasda həmçinin idman ictimaiyyəti nümayəndələrinin işğaldan azad edilmiş bölgələrə səfərləri, maliyyə məsələləri, fəxri adların verilməsi, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun fəaliyyəti və idman tibbi sahəsində görüləcək işlər barədə təqdimatlar dinlənilib. Eləcə də, "Tədbirvar" (tedbirvar.az) platforması və federasiyaların sosial media fəaliyyəti barədə hesabatlar təqdim edilib və gündəlikdəki digər məsələlər müzakirə olunub.
 

Son xəbərlər
İlk oyunda məhsuldar heç-heçə
Marseldə darmadağın
“Bayer”dən inamlı qələbə
Nazir idman federasiyalarının nümayəndələri ilə görüşdü
“Oyunun bitməsini istəməzdim” - Qurbanov
“Qarabağ” – “Zirə” matçında heç-heçə - VİDEO
“Hər kəs çempion olmaq istəyir” – Rəşad Sadıqov
“Qarabağ”dan “Zirə” ilə heç-heçə
“Səbail” 1-ci Liqaya qələbə ilə başladı
“Araz-Naxçıvan”dan növbəti qələbə - VİDEO
“Bu gün daha istəkli “Kəpəz” gördük” - Adil Şükürov
“Daha da yaxşı olmalıyıq” - Elmar Baxşıyev
Rafiq Hüseynov AGF-də koordinator təyin edildi
Millimizin Moldova toplanışı üçün yekun heyəti açıqlandı
Məktəblilər üçün yeni meydança istifadəyə verildi
“Qarabağ”ın rəqibinin baş məşqçisi ayın ən yaxşısı seçildi
“Qarabağ”ın rəqibində 3 aylıq itki
“Ordu” daha bir legioner basketbolçu ilə anlaşdı
Azərbaycan Türk Dövlətləri Universiadasının qalibi oldu
“Benfika” “Qarabağ” azarkeşlərinə 500 yer ayırdı
“Çelsi” yeni hücumçu aldı
“Sumqayıt”dan ayrılan futbolçunun yeni klubu bəlli oldu
Argentinalı müğənni Yamala aşiq olduğunu car çəkdi
Premyer Liqada daha iki turun proqramı açıqlandı
“Liverpul”un yeganə bir fəsadı var ki…” - Karrager
Felipe Melo keçmiş məşqçilərindən biri haqda xoşagəlməz rəy verdi
“Qarabağ”ın rəqibinin futbolçusu Türkiyə klubunda
Hamann Qvardioladan uğur gözləmir
Fermin Lopesin “Çelsi”yə keçidinə kim əngəl olub?
Təxirə salınmış matçın baş tutacağı tarix açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar