Federasiya prezidenti MDB Oyunların iştirak edəcək voleybolçularla görüşdü

Federasiya prezidenti MDB Oyunların iştirak edəcək voleybolçularla görüşdü

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov III MDB Oyunlarında ölkəmizi təmsil edəcək yeniyetmə qız və oğlan voleybol komandaları ilə görüş keçirib.  

Sports.az xəbər verir ki, toplantı Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.

Tədbirdə AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, oyunların təşkilati məsələlərində iştirak edən federasiya əməkdaşları iştirak ediblər.  

Şahin Bağırov hər kəsi salamlayıb, komandalarımıza qarşıdakı yarışlarda uğurlar arzulayıb. O, voleybolçularımızın keçdiyi təlim-məşq toplanışları və yoldaşlıq oyunları barədə fikirlərini bölüşərək komandaların hazırlıq səviyyəsindən məmnun olduğunu bildirib.

Federasiya prezidenti vurğulayıb ki, MDB Oyunlarında iştirak gənc idmançılar üçün həm də beynəlxalq təcrübə qazanmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Görüşdə AVF rəhbərliyi və rəsmi şəxslər də komandalarımıza ölkəmizin ev sahibliyi etdiyi bu mötəbər yarışda uğurlar arzulayıblar.  

Daha sonra komandaların baş məşqçiləri və oyunçuları çıxış edərək hazırlıq prosesi və qarşıya qoyulan hədəflər barədə məlumat veriblər. Baş məşqçilər qeyd ediblər ki, oyunçular yüksək motivasiya ilə çalışır və yaxşı nəticə əldə etmək üçün bütün imkanlarını səfərbər edirlər. İdmançılar isə federasiya rəhbərliyinə yaradılan şəraitə görə təşəkkür edərək, III MDB Oyunlarına tam hazır olduqlarını və uğurlu nəticə qazanmaq üçün maksimum səylə çıxış edəcəklərini vurğulayıblar.  

Qeyd edək ki, III MDB Oyunlarının voleybol yarışları Gəncə şəhərində keçiriləcək və sentyabrın 29-da start götürəcək.
 

Son xəbərlər
Erik Qarsiya “Barselona”nın cari mövsümə hədəfini açıqladı
AÇ: Millimiz yarımfinalda məğlub oldu
Millimiz Monteneqro yığması ilə qarşılaşacaq
“Mançester Siti”nin aparıcı oyunçularından biri klubdan ayrıla bilər
ÇSKA “Sent-Etyen”in hücumçusuna görə təklif ünvanladı
Millimiz Gürcüstan yığmasına ikinci oyunda uduzdu
Tçuameni Xabi Alonsonun rəhbərliyi altında məqsədini açıqladı
Federasiya prezidenti MDB Oyunların iştirak edəcək voleybolçularla görüşdü
Super Liqa klubunda yeni baş məşqçi
Müdafiəçisi “Mançester Yunayted”dən ayrılmaq istəmir
“Mançester Siti”də yeni müqavilə
Azərbaycan klubu yeni transferini açıqladı
Millimiz Qadın Seriyasının final mərhələsində ilk qələbəsini qazandı
Tanınmış futbolçu Meksika klubuna keçdi
“Sumqayıt” amerikalı basketbolçunu heyətinə qatdı
Harri Keyn Maykl Ouenin tənqidini cavabladı
“Qarabağ”la oyunda qalib gəlməliyik” - “Benfika”nın baş məşqçisi
Mövsümün ilk təyinatları açıqlandı
Konatenin “Liverpul”dakı gələcəyi sual altındadır
1-ci Liqada 2-ci turun oyun cədvəli açıqlandı
“Yuventus” “Atalanta”nın ulduzunu satın almaq niyyətindədir
Hakan Çalhanoğlu “İnter”dən ayrıla bilər
Günün oyunları – TV
DÇ: Dörd güləşçimiz mübarizəyə başlayır
Azərbaycan boksçuları DÇ-nin yarımfinalında məğlub oldular
Qvardiola “Real”ın ulduzunu “Mançester Siti”də görmək istəyir
“İmişli” “Sumqayıt”a, “Turan Tovuz” “Qəbələ”yə qarşı
İlk oyunda məhsuldar heç-heçə
Marseldə darmadağın
“Bayer”dən inamlı qələbə
DAHA ÇOX

Ən çox oxunanlar