“Türkiyə millisi Avropa çempionu ola biləcəyini göstərdi”

“Türkiyə millisi Avropa çempionu ola biləcəyini göstərdi”

Türkiyənin basketbol millisi Latviyada keçirilən Avropa çempionatının qalibi ola biləcəyini göstərib.

Sports.az xəbər verir ki, bu barədə "Abşeron Lions" klubunun baş məşçqisi Erhan Toker klubun mətbuat xidmətinə açıqlama verib.

Türkiyəli mütəxəssis ölkəsinin komandasının turnirdə finala vəsiqə qazanması barədə danışıb:

"Çox qürur duydum. Yarımfinalda Yunanıstanla görüşdə gözəl oynadılar. Məşqçilər heyətini də təbrik edirəm. Oradakı bəzi oyunçularla çalışmışam. Ən çox Kənan Sipahi və Cedi Osmanla uzun müddət aşağı yaş qrupları üzrə millilərdə işləmişik. Alperen Şengünlə də 15 yaşı olarkən yolum kəsişib, amma bu, çox qısa sürüb. Çox vacib bir məsələ var. Bu komandanın 4 oyunçusu "Banvit"də yetişib. 3-ü əsas heyətdə çox yer alır. Belə bir klubu itirdiyimiz üçün çox təəssüflənirəm".

Toker Türkiyə yığmasının finaldakı şanslarından da söz açıb:

"Türkiyə çempion ola biləcəyini göstərdi. Almaniya da hücumda çox yaxşı kollektivdir. Yarımfinalda müdafiə planında yaxşı oynadılar. Ümid edirəm sonda Türkiyə qalib gələcək. Bütün qəlbimlə millini dəstəkləyirəm".

“Ay-ulduzlular" sentyabrın 14-də, qitə çempionatının finalında Almaniya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Son xəbərlər
“Turan Tovuz”la “İmişli”yə 1 qol bəs etdi
“Sumqayıt” “İmişli”yə belə uduzdu - VİDEO
“Düşüncəsizliyimizin güdazına getdik” - Kaskilya
Saşa İliç: “Rəsmi məlumat yoxdur, nəsə demək olmaz”
“Sumqayıt”ı məğlub edən “İmişli”yə texniki məğlubiyyət veriləcək
“Türkiyə millisi Avropa çempionu ola biləcəyini göstərdi”
“Ordu” “Abşeron Lions”la bacarmadı
Erik Qarsiya “Barselona”nın cari mövsümə hədəfini açıqladı
AÇ: Millimiz yarımfinalda məğlub oldu
Millimiz Monteneqro yığması ilə qarşılaşacaq
“Mançester Siti”nin aparıcı oyunçularından biri klubdan ayrıla bilər
ÇSKA “Sent-Etyen”in hücumçusuna görə təklif ünvanladı
Millimiz Gürcüstan yığmasına ikinci oyunda uduzdu
Tçuameni Xabi Alonsonun rəhbərliyi altında məqsədini açıqladı
Federasiya prezidenti MDB Oyunların iştirak edəcək voleybolçularla görüşdü
Super Liqa klubunda yeni baş məşqçi
Müdafiəçisi “Mançester Yunayted”dən ayrılmaq istəmir
“Mançester Siti”də yeni müqavilə
Azərbaycan klubu yeni transferini açıqladı
Millimiz Qadın Seriyasının final mərhələsində ilk qələbəsini qazandı
Tanınmış futbolçu Meksika klubuna keçdi
“Sumqayıt” amerikalı basketbolçunu heyətinə qatdı
Harri Keyn Maykl Ouenin tənqidini cavabladı
“Qarabağ”la oyunda qalib gəlməliyik” - “Benfika”nın baş məşqçisi
Mövsümün ilk təyinatları açıqlandı
Konatenin “Liverpul”dakı gələcəyi sual altındadır
1-ci Liqada 2-ci turun oyun cədvəli açıqlandı
“Yuventus” “Atalanta”nın ulduzunu satın almaq niyyətindədir
Hakan Çalhanoğlu “İnter”dən ayrıla bilər
Günün oyunları – TV
DAHA ÇOX

Ən çox oxunanlar