MOK-da Beynəlxalq Konkisürmə Birliyi ilə görüş

MOK-da Beynəlxalq Konkisürmə Birliyi ilə görüş

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Beynəlxalq Konkisürmə Birliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Sports.az xəbər verir ki, tədbirdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva, Beynəlxalq Konkisürmə Birliyinin prezidenti Co Yul Kim, prezidentin köməkçisi Kayl Çoi, baş direktor Kolin Neil Smit, Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova və federasiyanın fiqurlu konkisürmə üzrə idman direktoru İqor Lukanin iştirak ediblər.

Görüşdə Azərbaycanda qış idman növlərinin inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Çingiz Hüseynzadə çıxışında ölkəmizdə qış idman növlərinin inkişafı üçün görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycanın Olimpiya ailəsində tutduğu mövqeyi dahada gücləndirməsi, müxtəlif beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi vacibdir. Onun sözlərinə görə, belə qarşılıqlı əlaqələr gələcək üçün yeni imkanların açılmasına xidmət edir. Ç.Hüseynzadə vurğulayıb ki, bu əməkdaşlıq həm də idmançıların beynəlxalq yarışlarda təcrübə qazanmasına və ölkənin tanıdılmasına mühüm töhfə verir.

MOK-un baş katibi Azər Əliyev yerli mütəxəssislərin çatışmazlığını diqqətə çatdırıb:

"Hazırda yerli idmançılar azdır. Əsas problem bu sahə üzrə mütəxəssislərin kifayət qədər olmamasıdır. Buna baxmayaraq, ölkəmizdə Səbinə Əliyeva, Leyli Axundova və digər gənc idmançılar yetişir".

O, həmçinin bildirib ki, Azərbaycan 2026-cı ildə xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna, 2027-ci ildə isə növbəti Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək.

Beynəlxalq Konkisürmə Birliyinin prezidenti Co Yul Kim Azərbaycanda qış idman növlərinə göstərilən diqqəti yüksək qiymətləndirib. O, yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-pri yarışında iştirakdan məmnunluğunu ifadə edib və gələcəkdə Azərbaycanla müxtəlif layihələrdə sıx əməkdaşlığa hazır olduğunu bildirib.

Son xəbərlər
Qəbələdə MDB Oyunlarına hazırlıq məqsədi ilə turnir keçirilib
Bakıdakı qran-pri turnirində ikinci günə yekun vuruldu
Dünya çempionatında 2 qızıl və 1 bürünc medal
Dembele zədəli Qaviyə dəstəyini nümayiş etdirdi
MDB Oyunları üçün daha bir ölkə qeydiyyatdan keçdi
“Aston Villa” Emeri ilə bağlı qərar qəbul etdi
MDB Oyunlarının biletləri satışa çıxarıldı
Slot İsakın idman formasını qiymətləndirdi
MDB Oyunlarının keçiriləcəyi arenalar yarışlara hazırdır
“Baku Sportinq”dən darmadağın
Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti seçilib
Neymar Rafinyanın “Qızıl top”un səsverməsində tutduğu yeri ədalətsiz sayır
Azərbaycanın paraüzgüçüsü DÇ-ni 4 medalla başa vurdu
“Sərhədçi” heyətini qanalı basketbolçu ilə gücləndirdi
“Qarabağ” - “Kopenhagen” oyununun biletləri satışa çıxarıldı
Ueyn Runi Harri Keyn haqda söhbət açdı
Favoritlərdən böyükhesablı qələbələr
Dembele Yamlın təbrikini cavabladı
Kyeza “Sauthempton” üzərində qələbəni şərh etdi
“Real” “Arsenal”ın kapitanına göz dikib
Bakıdakı qran-pri turnirində buz üstündə rəqs proqramı nümayiş etdirlib
İmişlidə cüdo təlim mərkəzinin açılışı olub
MOK-da Beynəlxalq Konkisürmə Birliyi ilə görüş
UEFA A kateqoriyalı məşqçi kursu keçirilir
“Barselona” Raşfordla bağlı qərar verməyə tələsməyəcək
İngiltərəli futbolçu “Tottenhem”in tarixinə düşdü
Xulian Alvares Lionel Messinin uğurunu təkrarladı
İngiltərə nəhəngləri “Ayntraxt”ın müdafiəçisi ilə maraqlanırlar
“Roma”dan yeni rekord
Kamal Umudlu UEFA Gənclər Liqasının oyununda
DAHA ÇOX

Ən çox oxunanlar