Digər
“Qarabağ”da yeni məşqçi təyinatı

01.10.2025 | 16:45
"Qarabağ" həndbol komandasında yeni məşqçi təyinatı olub
Sports.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, uzun illər müxtəlif klublarda çıxış etmiş Sabir Nəzərəliyev bundan sonra təcrübəsini gənclərlə bölüşəcək.
Azərbaycan millisinin sabiq üzvü karyerasını məşqçi kimi davam etdirəcək.
Nəzərəliyev yeni mövsümdən "Qarabağ"ın məşqçilər korpusunda yer alacaq.
Xatırladaq ki, Sabir Nəzərəliyevin həndbolçu kimi sonuncu klubu "Bakı" olub.
Son xəbərlər





























