Digər
Millimiz MDB Oyunlarının yarımfinalında məğlub oldu

01.10.2025 | 20:00
Azərbaycanın badminton millisi III MDB Oyunlarının yarımfinalında məğlub olub.
Sports.az xəbər verir ki, qarışıq komanda yarışlarında Rusiya ilə qarşılaşıb.
Görüş Azərbaycan yığmasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Sabah baş tutacaq finalda Rusiya yığması Özbəkistanla qarşılaşacaq.
Qeyd edək ki, badminton yarışları oktyabrın 5-də başa çatacaq.
Son xəbərlər





























