Digər
MDB Oyunları: Azərbaycan üzgüçülük yarışlarını 13 medalla başa vurdu

02.10.2025 | 12:45
Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları başa çatıb.
Bu gün keçirilən 400 metr məsafədə sərbəst üsulla üzməkdə azərbaycanlı üzgüçü Süleyman İsmayılzadə birinci yeri tutub.
Rusiyalı Aleksandr Filipets gümüş, onun həmyerlisi Boqdan Toropkin isə bürünc medala sahib çıxıb.
Bu gün keçirilən 1500 metr məsafəyə sərbəst üsulla üzməkdə azərbaycanlı üzgüçü Anastasiya Qnussina üçüncü yerə çıxıb. Rusiyalı Anastasiya Çernışova birinci, onun həmyerlisi Valeriya Brazniçenko ikinci olub.
Bununla da azərbaycanlı idmançılar üzgüçülük yarışlarını 13 medalla (2 qızıl, 5 gümüş, 6 bürünc) başa vurublar.
Son xəbərlər