Digər
MDB Oyunları: Azərbaycan qılıncoynadanları günü medalsız başa vurdular

02.10.2025 | 16:20
Qılıncoynatmanın sablya növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin üzvləri III MDB Oyunlarının ilk günündə medal qazana bilməyiblər.
Sports.az xəbər verir ki, təmsilçilərimiz bu gün mükafat qazanmaq şanslarını itiriblər.
Əli İsmayılov, Nəcəf Şabanlı, Ayxan İslamzadə, Abdulmalik Nəsibzadə, Nail Məmmədli 1/16, Rəsul Əliyev, Timur Hüsnəddinov 1/8, Abbas Səmədli isə 1/4 finalda məğlub olublar.
Qeyd edək ki, bu gün start götürən qılıncoynatma yarışları oktyabrın 7-də bitəcək.
Son xəbərlər