Digər
MDB Oyunları: Azərbaycanın 5 idmançısı oxatma yarışlarında 1/8 finala yüksəldi

02.10.2025 | 21:15
Xankəndi şəhər stadionunda III MDB Oyunları çərçivəsində kamandan oxatma yarışlarına start verilib.
Sports.az xəbər verir ki, bu gün keçirilən təsnifat mərhələsində qadınlar və kişilər üzrə idmançılar fərdi mübarizədə qüvvələrini sınayıblar.
İdmançılarımız Nurlan Rəhimli və Fatimə Hüseynli birbaşa 1/8 final mərhələsinə yüksəliblər. Bundan başqa, Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədli və Sərdar Vəliyev şəxsi qarşılaşmalarda qalib gələrək 1/8 finalda mübarizə aparmaq hüququ qazanıblar.
Qeyd edək ki, sabah, yarışların ikinci günündə 1/8 final, 1/4 final və yarımfinal mərhələləri keçiriləcək.
Son xəbərlər