Digər
Azərbaycan atletindən Şimali Makedoniyada gümüş medal

05.10.2025 | 17:30
Azərbaycan yığmasının üzvü Anna Yusupova Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən marafon yarışında uğurlu çıxışla yadda qalıb.
Bu barədə Sports.az-a federasiyadan məlumat verilib.
Atletimiz 02:48:10 nəticə ilə Balkan marafonunun gümüş medalını qazanıb. A.Yusupova bu göstərici ilə həmçinin Skopye marafonunun bürünc medalına sahib çıxıb.
Son xəbərlər





























