Digər
Azərbaycan qılıncoynadanları MDB Oyunlarını 9 medalla başa vurdu

07.10.2025 | 16:40
III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar bitib.
Sports.az xəbər verir ki, qılıncoynatmanın şpaqa növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi finalda Rusiyaya uduzub (45:35) və gümüş medal qazanıb.
Sablya növü üzrə qızlardan ibarət ikinci komandamız yarımfinalda Rusiyaya (18:45) uduzub və bürünc medala sahib çıxıb.Qızlardan ibarət əsas komda isə yarımfinalda Özbəkistana qalib gəlib – 45:37.
Finalda Rusiya ilə qarşılaşan millimiz 35:45 hesabı ilə uduzub və yarışı ikinci yerdə bitirib.
Xatırladaq ki, daha öncə qılıncoynadanlarımız 6 bürünc medal qazanmışdı.
Beləliklə, MDB Oyunlarında qılıncoynatma yarışlarına yekun vurulub.
Son xəbərlər