Digər
Zeynalov Avropa çempionu oldu

07.10.2025 | 21:00
Azərbaycan paragüllə atıcısı Kamran Zeynalov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Sports.az xəbər verir ki, idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada (P1) 235.6 xalla birinci olub.
Paralimpiyaçımız daha əvvəl qitə çempionatında qarışıq komanda üzrə 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada (P6) Aybəniz Babayeva ilə birlikdə və 50 metr məsafəyə tapançadan atəşaçmada (P4) 221.6 xalla gümüş medala yiyələnib.
Son xəbərlər