Digər
Azərbaycan klubu türkiyəli basketbolçunu heyətinə qatdı

08.10.2025 | 13:30
Türkiyəli basketbolçu Ege Derin karyerasını Azərbaycanda davam etdirəcək.
Sports.az xəbər verir ki, o, "Gəncə" ilə anlaşıb.
Klubdan verilən məlumata görə, oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Ege Derin son olar ölkəsində "İlklər Şəhəri Uşak" komandasının formasını geyinib.
Son xəbərlər





























