MDB Oyunlarının bağlanış mərasimi keçirildi

MDB Oyunlarının bağlanış mərasimi keçirildi

Gəncə stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilib.

Sports.az xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və tamaşaçılar iştirak ediblər.

Tədbir yarışın yadda qalan məqamlarını özündə əks etdirən videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.

Ardınca rəsmi çıxış üçün söz Milli Təşkilat Komitəsinin sədri Samir Şərifova verilib. Arenaya toplaşan hər kəsi salamlayan S.Şərifov III MDB Oyunlarının maraqlı məcrada keçdiyini vurğulayıb.

Daha sonra III MDB Oyunlarının bayrağı endirilərək yarışın İcraiyyə Komitəsinə təqdim olunub.

Bayrağı III MDB Oyunları təmsilçilərinə Azərbaycan idmançıları - Nihad Rəhimov (sambo), Maqsud Mahsudov (batut gimnastikası), Turqut Həsənov (karate), Tərlan Qurbanəliyev (çövkən), Oqtay Hüseynov (üzgüçü), Əli Nəzərov (güləş), Humay Dadaşova (taekvondo), Gülər Hüseynova (boks) və Könül Eyvazlı (cüdo) təhvil veriblər.

Azərbaycanın Dövlət himninin səsləndirilməsinin ardından bağlanış mərasimin rəsmi hissəsi başa çatıb.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb.

Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edib.

Son xəbərlər
“Neftçi”ni azarkeşləri və məşqçisi ziyana saldı
“Barselona”nın ulduzu Premyer Liqaya yollana bilər
Keyn millinin bugünkü matçında iştirak etməyəcək
MY “Bornmut”un ulduzuna marağını saxlayır
“Boka Xuniors”un baş məşqçisi vəfat edib
Bakı birinciliyi keçiriləcək
“Kür” heyətinə yeni həndbolçu qatıb
“Yango Azerbaijan” və Azərbaycan Cüdo Federasiyasından yeni layihə - “Yol ver, qalib gəl”
Seçmə mərhələdə bu gün 8 oyun keçiriləcək
Deku “Barselona” üçün üç transfer hədəfi müəyyənləşdirdi
“Neftçi” “Şəki”yə qarşı
Yüksək Liqada 4-cü turun oyunları keçiriləcək
Azərbaycan Kubokunda yeni mövsümə bu gün start veriləcək
“Real” doğma stadionunun adını dəyişə bilər
PSJ “Barselona”nın ulduzuna görə nəhəng ödəniş etməyə hazırdır
MY xeyli qazanc əldə edə bilər
“Napoli” Neymarı heyətinə qatmaq istəyib
“Bayern”in müdafiə xətti üçün əsas transfer hədəfi
DÇ-2026-ya növbəti vəsiqənin sahibi müəyyənləşdi
Saliba “Arsenal”ın heyətindəki perspektivlərini qiymətləndirdi
Upamekano “Bayern”ə tələb irəli sürdü
“Məşqçinin qərarına hörmət bəsləmək gərəkdir” - Rodriqo
Terziç “Monako”nu çalışdırmayacaq
Kobbi Meynu iki seçim arasında
ChatGPT dünya futbol tarixinin dörd ən yaxşı klubunu müəyyənləşdirdi
“Əl-İttihad” yeni baş məşqçisini rəsmən açıqladı
“Gəncə” sabiq oyunçusu ilə müqavilə bağladı
“Çelsi” Semenyo müqabilində nəhəng xərc çəkməyə hazırdı
MDB Oyunlarının bağlanış mərasimi keçirildi
“Arsenal” “Uembli”yə köçə bilər
DAHA ÇOX

Ən çox oxunanlar