Digər
“Kür” Avropa Kubokunda mübarizəyə start verir

11.10.2025 | 13:00
Kişi həndbolçulardan ibarət "Kür" komandası bu gün Avropa Kuboku turnirində mübarizəyə start verəcək.
Sports.az xəbər verir ki, yarışa ikinci təsnifat mərhələsindən qoşulan Azərbaycan çempionu mövsümdə ilk sınağını Macarıstan təmsilçisi "Balatonfüredi" kollektivinə qarşı keçirəcək.
"Balaton" İdman Kompleksində baş tutacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bu komandalar arasında cavab görüşü oktyabrın 19-da "AHF Arena" İdman Kompleksində reallaşacaq.
Son xəbərlər