MOK-un təşkil etdiyi kursların iştirakçılarına sertifikatlar təqdim edilib

MOK-un təşkil etdiyi kursların iştirakçılarına sertifikatlar təqdim edilib

Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin (MOK) həyata keçirdiyi "Təhlükəsiz idman - hamı üçün" mövzusunda kursların iştirakçılarına sertifikatlar təqdim edilib.

Sports.az MOK-un mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasimdə komitənin baş katibi Azər Əliyev, vitse-prezidenti Fərid Mansurov, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, MOK-un idman şöbəsinin baş məsləhətçisi Vaqif Əliyev, akademiyanın müəllim heyəti və kurslarda fəallığı ilə seçilən tələbələr iştirak ediblər.

Fuad Hacıyev təlim proqramının tələbələr üçün əhəmiyyətindən danışıb. Rektor təlimlərdə akademiyanın 45 tələbəsinin iştirak etdiyini qeyd edərək, bu kursları uğurla başa vuran gəncləri təbrik edib.

Milli Olimpiya Komitəsinin idman şöbəsinin baş məsləhətçisi, Təhlükəsiz idman üzrə Beynəlxalq Olimpiya Komitəsinin setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev Azərbaycanda "Təhlükəsiz idman - hamı üçün" layihəsinin 2023-cü ildən fəaliyyət göstərdiyini qeyd edib. Bu illər ərzində idman ictimaiyyətində mədəni dəyişiklik, məsuliyyətli davranış və etik dəyərlərin təbliğinə böyük töhfə verilib. Vaqif Əliyev qeyd edib ki, Azərbaycanda "Təhlükəsiz idman - hamı üçün" layihəsi MOK-un beynəlxalq proqramlar idarəsinin rəhbəri, mərhum Mehman Kərimovun təşəbbüsü ilə reallaşıb.

Çıxışlardan sonra kursu uğurla tamamlayan tələbələr rəsmi şəkildə sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, proqramın məqsədi olimpizmin əsas dəyərləri - "hörmət", "dostluq" və "mükəmməllik" haqqında məlumatların verilməsi və bu dəyərlərin gündəlik həyata inteqrasiya edilməsidir.

Son xəbərlər
“Qarabağ” “Şamaxı”ya qarşı - YENİLƏNİR
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
DAHA ÇOX

Ən çox oxunanlar