Digər
Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır

14.10.2025 | 12:40
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə bu gün start veriləcək.
Sports.az xəbər verir ki, günün yeganə oyununda "Azerreyl" "Gəncə"nin qonağı olacaq.
Qarşılaşma Gəncə İdman Sarayında, saat 14:00-da başlayacaq.
İlk turun "DH Volley" - "Abşeron" və UNEC - "Milli Aviasiya Akademiyasi" görüşləri oktyabrın 15-də baş tutacaq. "Gənclər" – "Xilasedici" oyununun keçiriləcəyi yer və vaxt hələlik bəlli deyil.
Son xəbərlər





























