Digər
“Neftçi” Avropa Kubokunda ilk matçına çıxır

15.10.2025 | 11:20
"Neftçi" basketbol komandası Avropa Kubokunun əsas mərhələsində bu gün mübarizəyə başlayacaq.
Sports.az xəbər verir ki, "ağ-qaralar" ilk oyununu səfərdə keçirəcək.
Bakı klubu Polşada "Trefl"in qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:15-də start götürəcək.
I qrupunun digər matçında Azərbaycanın digər təmsilçisi "Abşeron Lions" oktyabrın 16-da Estoniyanın "Kalev" komandasını qəbul edəcək.
Son xəbərlər





























