Digər
“Sabah” əsas mərhələnin ikinci oyununda da uduzdu

15.10.2025 | 22:00
"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.
Sports.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda "Alba" (Almaniya) ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında baş tutan oyun rəqibin 85:76 hesablı qələbəsi ilə yekunlaşıb.
B qrupunda yer alan Bakı klubu ilk görüşdə Çexiya təmsilçisi "Nimburk"a 93:65 hesabı ilə məğlub olub. Komanda növbəti matçını oktyabrın 29-da səfərdə Fransa təmsilçisi "Elan"a qarşı keçirəcək.
Son xəbərlər





























