Azərbaycan millisinin yeni baş məşqçisi açıqlandı

Azərbaycan millisinin yeni baş məşqçisi açıqlandı

Üzgüçülük üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi açıqlanıb.

Sports.az xəbər verir ki, bu post isveçrəli Luka Qabriloya həvalə olunub.

Mütəxəssis milli komanda üzvlərinə AÜF-ün baş katibi Oqtay Atayev tərəfindən təqdim olunub. İdmançılarla görüşdə federasiyanın müşaviri Rəşad Əbdürəhmanov, idman direktoru Pyer Ləfonten və idman meneceri Mehdi Məmmədov iştirak ediblər.

Qeyd edək ki, 15 il məşqçilik təcrübəsinə malik olan Luka Qabrilo daha əvvəl İsveçrə, ABŞ, İsrail, Rumıniya, Çexiya, Filippin və Avstraliyada çalışıb. Onun rəhbərliyi altında idmançılar Avropa və dünya çempionatlarında müxtəlif əyarlı medallar qazanıblar.

Peşəkar fəaliyyətinə İsveçrədə başlayan 44 yaşlı məşqçi 2010-2017 illərdə İsveçrə Üzgüçülük Federasiyası sistemində müxtəlif vəzifələrdə – komanda meneceri, baş məşqçi, Yüksək Nəticələr Mərkəzinin rəhbəri kimi çalışıb. Daha sonra İsrail milli komandasının baş məşqçisi və Tokio-2020 Yay Olimpiya Oyunlarında nümayəndə heyətinin rəhbərlərindən biri olub.

L.Qabrilo həmçinin Beynəlxalq Üzgüçülük Liqasında (ISL) çalışıb və bu müddətdə "Team Iron" komandasının baş məşqçisi kimi fəaliyyət göstərib.

Son xəbərlər
“Espanyol”dan inamlı qələbə
PSJ evdə xal itirdi
“Borussiya” səfərdə uduzdu
“Mançester Yunayted”in sükanı arxasına daha bir məşhur mütəxəssis namizəddir
Keyn “Bayern”i ikinci evi hesab edir
Luis Enrike hücumçu Qonsalo Ramosu qiymətləndirdi
“İnter”, adının ulduz futbolçu ilə hallandığı şayinə təkzib etdi
Pulişiçin futbolsuz qala biləcəyi təxmin açıqlandı
“Növbəti oyunlarda səhvləri azaltmalıyıq”
“Turan Tovuz” “Qarabağ”a belə uduzdu - VİDEO
“Qarabağ”a qarşı oynamaq çətindir” - Berdıyev
“İllərdir nə etmişiksə, “Atletik”lə oyunda da onu etməyə çalışacağıq” - Qurbanov
“Sərhədçi” “Ordu” ilə bacarmadı
Bakıdakı Millətlər Liqasının C qrupunda daha iki oyun baş tutdu
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
“Çelsi”nin müdafiəçisi də “Qarabağ”la oyunu buraxacaq
“Məğlubiyyətə səbəb cərimə atışlarında uğursuz olmağımızdır”
“Layiqli mübarizə apararaq, sonda qələbə qazanan tərəf olduq”
“Borussiya”nın müdafiəçisi Premyer Liqaya keçə bilər
MOK-da Təhlükəsiz İdman üzrə beynəlxalq ekspertlərlə görüş
Bakı birinciliyi başa çatdı
“Şamaxı” “Kəpəz”ə belə uduzdu – VİDEO
“Olimpik”in hücumçusu İngiltərə klublarının və “İnter”in hədəfindədir
“Naxçıvan” “Lənkəran”a qalib gəldi
“Şuaybunun günahı böyükdür” - Ayxan Abbasov
Azər Bağırov ilk qələbəsini azyaşlı azarkeşə həsr etdi
MY yeni hücum satın almaq niyyətindədir
Qubada UEFA-nın C kateqoriyalı məşqçi kursu
“Şəfa” “Baku Sportinq”ə qalib gəldi
Millimiz FIFA reytinqində bir pillə irəlilədi
DAHA ÇOX

Ən çox oxunanlar