Digər
“Növbəti oyunlarda səhvləri azaltmalıyıq”

17.10.2025 | 22:30
"Sərhədçi"nin baş məşqçisi Anar Sarıyev Azərbaycan Basketbol Liqasının 3-cü turunda "Ordu"ya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Sports.az xəbər verir ki, o, 73:85 hesablı məğlub olduqları bu görüşdə səhvlərə yol verdiklərini vurğulayıb:
"Öncə komandama təşəkkür edirəm. Yaxşı mübarizə apardıq. Amma bu, qələbə üçün yetərli olmadı. Səhvlərimiz yenə də çox idi. Növbəti oyunlarda səhvləri azaltmalıyıq. Bir-birimizə daha çox inanmalıyıq. Mən bu komandaya inanıram. Sadəcə bizə bir az vaxt lazımdır. Növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq".
Son xəbərlər