Boksçularımızın AÇ-dəki ilk rəqibləri müəyyənləşdi

Azərbaycan boksçularının Monteneqronun Budva şəhərində keçiriləcək U-15 Avropa çempionatında ilk rəqibləri müəyyənləşib.
Sports.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günündə yığmamızın 7 üzvü rinqə çıxacaq.
18 oktyabr
1/16 final
Abbasəli Məmmədli (48 kq) – Luka Bondarenka (Latviya)
Elcan Musazadə (50 kq) – Devidas Sisikis (Litva)
İsmayıl Aslanlı (52 kq) – Giorgi Axvlediani (Gürcüstan)
1/8 final
Nuray Qafarova (48 kq) – Yağmur Coşqun (Türkiyə)
Nəsrin Abdullazadə (40 kq) – Ester Moloş (Macarıstan)
Aysan Miriyeva (46 kq) – Kenya Flud Prado (İrlandiya)
Leyla Mahmudlu (50 kq) – Aleksandra Sinaqra (İtaliya)
19 oktyabr
1/8 final
Babək Abdullayev (40 kq) – Unai Lopes Kasal (İspaniya)
Onur Qurbanov (42 kq) – Mikolaj Rondos (Polşa)
Vaqif Məhəmmədli (44 kq) – Kristian Varadi (Macarıstan)
Məhəmməd Kazımzadə (46 kq) – Viktor Boqdeviç (Litva)
Amid Ələkbərov (60 kq) – Maksim Stets (Estoniya)
20 oktyabr
1/8 final
Sabir Rüstəmov (54 kq) – Davit Alixanaşvili (Gürcüstan)
Fərhad Quliyev (57 kq) – Mixail Papazisis (Yunanıstan)/Rene Polak (Çexiya) cütünün qalibi
Sərxan Haqverdiyev (63 kq) – Rikardo Karabas (Avstriya)
Nurlan Müseyibli (66 kq) – Mixael Nikolayenko (İsrail)
Zirəddin Rüstəmli (70 kq) – Tomas Vard (İngiltərə)
21 oktyabr
1/4 final
Kəmalə Həsənova (52 kq) – Yeva Kubanova (Ukrayna)
22 oktyabr
1/4 final
Yusif Ağakişiyev (75 kq) – Giorge Bratu (Rumıniya)
Mehran Rəsulov (80 kq) – Giorgi Quledani (Gürcüstan)
23 oktyabr
1/4 final
Məhəmməd Mustafayev (+90 kq) – Artyom Pixur (Ukrayna)
1/2 final
Xumar Cəfərli (75 kq) – Alina Papaşvili (Ukrayna)
24 oktyabr
1/2 final
Ərdəm Təkin (90 kq) – Yonas Vokietaytis (Litva)/Axill Vinçiati (İtaliya) cütünün qalibi
Qeyd edək ki, qaliblərin adına oktyabrın 25-də aydınlıq gələcək.