Dağ velosipedi üzrə Azərbaycan çempionatına start verilib

Dağ velosipedi üzrə Azərbaycan çempionatına start verilib

Dağ velosipedi üzrə ölkə çempionatı başlayıb.

Sports.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın ilk gününda iştirakçılar Xocəsən qəsəbəsində yerləşən Dağ Velosipedi Parkında “Cross Country” növündə qüvvələrini sınayıblar.

U15 yaş kateqoriyasında 5,4 km məsafəyə (1,8 km x 3 dairə) mübarizə aparan idmançılar arasında Toğrul Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hüseyn Zeynalzadə 2-ci, Murad Cabbarlı 3-cü yeri tutub.

U17 yaş kateqoriyasında çıxış edən idmançılar 8,4 km məsafə (2,8 km x 3 dairə) qət ediblər. Yarışın yekununa əsasən, Əli Zeynalzadə, Emil Vaxrameyev və Aydın Məmmədov müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.

Gənclər, U23 və Elit kateqoriyasında yarışan idmançıların 8,4 km məsafəyə (2,8 km x 3 dairə) mübarizəsi isə Maksim Polikarpovun qələbəsi ilə yekunlaşıb. Artyom Proskuryakov gümüş, Mirmövsüm Cəbrayılov bürünc medala yiyələnib. Fərqlənən idmançıların hamısı Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləridir.

Mükafatçılar medal, diplom və pul mükafatı ilə təltif ediliblər.

Ölkə çempionatının 2-ci günündə iştirakçılar Teleqüllə yaxınlığındakı parkda “Enduro” növündə ən güclüləri müəyyən edəcəklər.
 

Son xəbərlər
“Barselona”dan çətin qələbə
Marseldə darmadağın
“Napoli” uduzdu, “İnter” qələbə qazandı
“Qalatasaray” qalib gəldi, “Beşiktaş” uduzdu
Arda Ançelottidən söhbət açdı
Benites iş başına keçmək üzrədir
“Əl-Hilal” gözlənilməz darmadağına imza atdı
Qvardiola Haladnı qiymətləndirdi, dəstəyini vəd etdi
“Nottingem Forest”in sükanı arxasına namizəd açıqlandı
“Bayern” “Borussiya”nı xalsız yola saldı
Dağ velosipedi üzrə Azərbaycan çempionatına start verilib
“Arsenal”, “Mançester Siti” və “Çelsi”dən qələbə
“Sabah”la oyunda fiziki cəhətdən hazır deyildik”
Azərbaycan Cüdo Federasiyasında növbədənkənar Konfrans
Beyləqandə region birinciliyi keçirilib
Ukrayna yığması Bakıda Niderland və Belçikaya qalib gəldi
“Sumqayıt”dan darmadağın - VİDEO
“Asan təslim olmayacağıq” - Azər Həşimov
“Uğursuzluq zolağından çıxmağı bacardıq” – Saşa İliç
Premyer Liqa klubunda istefa
MY “Real”ın hücumçusu ilə maraqlanır
Qubada heç-heçə, Sumqayıtda darmadağın
Milli güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
Azərbaycan yığmasının seçmə mərhələ üçün heyəti açıqlandı
“Sabah” “Şəki”yə, “Quba” “Sumqayıt”a qalib gəldi
“Aston Villa”nın yarımmüdafiəçisi nəhənglərin diqqət mərkəzindədir
“Gələcək üçün lazım olan detallar üzərində işlədik”
“İmişli” – “Qəbələ” matçında 4 qol - VİDEO
“Kəpəz”in üzvləri Gəncə Memorial Kompleksini ziyarət edib
“Yuventus” “Milan”ın keçmiş oyunçusunu istəyir
DAHA ÇOX

Ən çox oxunanlar