AÇ: Bir boksçumuz yarımfinala, ikisi 1/4 finala vəsiqə qazandı

AÇ: Bir boksçumuz yarımfinala, ikisi 1/4 finala vəsiqə qazandı

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatı davam edir.

Sports.az xəbər verir ki, 32 ölkədən 369 idmançının qatıldığı yarışın üçüncü günündə Azərbaycan millisinin daha 3 boksçusu qələbə qazanıb.

Onur Qurbanov (42 kq) 1/4 finalda Arkan Zoubi (İsrail) ilə qarşılaşıb. O, döyüşü 5:0 (29:29, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə xeyrinə bitirib. Boksçumuz yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. Qurbanov finala gedən yolda Mason Lonqla (İngiltərə) üz-üzə gələcək. Döyüş oktyabrın 24-də olacaq.

Sərxan Haqverdiyev (63 kq) 1/8 finalda Rikardo Karabası (Avstriya) sınağa çəkib. Boksçumuza rəqibini mübarizədən kənarlaşdırmaq üçün cəmi 57 saniyə kifayət edib. Haqverdiyev tam üstünlüklə qalib gəlib. O, 1/4 finalda David Yuldaşevi (Ukrayna) sınağa çəkəcək.

Nurlan Müseyibli (66 kq) də 1/8 finalda Mixael Nikolayenko (İsrail) ilə görüşün taleyini birinci raundda həll edib. Tam üstünlüklə qələbə qazanan milli üzvü növbəti görüşündə Vladimir Versesjanla (Estoniya) döyüşəcək.

Hər iki boksçu 1/4 final görüşünə oktyabrın 23-də çıxacaq.

Qeyd edək ki, Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.

Son xəbərlər
“Gələn il komanda hesabında dünya çempionu olmaq üçün…” - Nəzəriani
“Neftçi” FIBA Avropa Kubokunda tarixi qələbə qazandı”
Matteusdan Keyn haqda açıqlama
“Fulhem” baş məşqçisini qoruyub-saxlamağa çalışır
“Napoli” Batrakovla bağlı şayiəni təkzib etdi
Tudorun yerinə üç namizədin adı hallanır
Azərbaycan güləşçisi dünya çempionu oldu
MPK rəhbərliyi Panyutinlə uzunmüddətli planları müzakirə edib
“Atletik”ə qarşı layiqli mübarizə aparmaq istəyirik” - Medina
Elmir Əliyev dünya çempionatının finalında
“Neftçi”dən əsas mərhələdə ilk qələbə
“Çelsi” və “Milan” Panikelli ilə maraqlanırlar
“Real”ın müdafiəçisi “el-klasiko”nu buraxacaq
“Atletik”lə matçda futbolçular çox hərəkət etməli olacaqlar” – Qurbanov
Yüksək Liqada növbəti oyunlar keçirilib
“Real”ın düşərgəsində itkilər var
“Olimpik” sabiq qapıçısının formasını əbədiləşdirdi
“Qızıl medala layiq idim” – Balabəy Ağayev
“Qarabağ” nəyə qadir olduğunu göstərib” - Aytor Paredes
Pedri “Barselona”nın oyun keyfiyyətindən narazıdır
“Qarabağ”la oyunda 1:0 normal olar” - Valverde
“Azərbaycan çempionatı çox rəqabətlidir” - “Lənkəran”ın basketbolçusu
Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək
Endrik Fransa nəhənglərindən birinə qoşulmaq istəyindədir
“Neftçi” Abubakarla müqavilənin müddətini açıqladı
Premyer Liqa klubunda yeni baş məşqçi
“Neftçi”nin yeni transferi Bakıda müayinədən keçdi
“Xankəndi” və “Şəki Siti”dən darmadağın
“Qran-pridəki final görüşündə Hidayətin səsini eşidirdim” - Kotsoyev
“Bayern”dən baş məşqçisi ilə yeni müqavilə
DAHA ÇOX

Ən çox oxunanlar