“Azərbaycan çempionatı çox rəqabətlidir” - “Lənkəran”ın basketbolçusu

“Azərbaycan çempionatı çox rəqabətlidir” - “Lənkəran”ın basketbolçusu

"Lənkəran"nın basketbolçusu Nmeso Nnebedum Azərbaycan çempionatının çox rəqabətli olduğunu düşünür.

Sports.az xəbər verir ki, amerikalı oyunçu bunu klubun mətbuat xidmətinə müsahibəsində deyib.

O, bütün rəqiblərin güclü olduğunu söyləyib:

"Özümü mümkün qədər inkişaf etdirməyə, komandanın ən yaxşısı olmağa çalışıram. Gələcəyə çox uzaqdan baxmaq istəmirəm, amma istəyirəm ki, həm komanda olaraq, həm də fərdi şəkildə uğurlu mövsüm keçirək. Bu, mənə mümkün olan ən yüksək səviyyədə oynamağa və yaxşı basketbolçuya çevrilməyə kömək edəcək. Azərbaycan çempionatı çox rəqabətlidir. Həm yuxarı, həm də aşağı pillələrdə yer alan bütün komandalar güclüdür. Burda müxtəlif səviyyəli oyunçular çıxış edir və hamı rəqabətə hazırdır. Məqsədimiz qarşıdan gələn "Quba" ilə oyuna tam hazır çıxmaq, qalib gəlmək və potensialımızı göstərməkdir. Uğur qazanmaq üçün çətinliklərlə mübarizə aparmağı öyrənmək lazımdır, məncə, biz də hazırda bu mərhələdən keçirik".

Basketbolçu Lənkəran haqqında düşüncələrini də bölüşüb:

"Komandaya qoşulmazdan əvvəl bir sıra araşdırmalar apardım. Öyrəndim ki, Lənkəran kənd tipli, tropik iqlimə malik bölgədir və meyvələri, həmçinin çayı ilə tanınır. Buranı bəyənirəm. Sakit yerdir, insanları isə çox mehribandır. Ən sevimli yerim şəhər mərkəzindəki ticarət mərkəzidir. Ən çox xoşladığım yemək isə toyuq kababıdır".

Amerikalı oyunçu Bakını da fərqləndirib:

"Bakı daha böyük şəhərdir. Oranı Çikaqo ilə müqayisə edərdim. Gecə-gündüz çoxlu hərəkət və tıxac olan bir yerdir. Lənkəran isə daha sakit, təbiəti və heyvanları ilə dolu bir bölgədir. Bakını Lənkərandan daha çox bəyənirəm. Amma bilirəm ki, Lənkəran istirahət üçün çox gözəl yerdir (gülür)".

Son xəbərlər
“Gələn il komanda hesabında dünya çempionu olmaq üçün…” - Nəzəriani
“Neftçi” FIBA Avropa Kubokunda tarixi qələbə qazandı”
Matteusdan Keyn haqda açıqlama
“Fulhem” baş məşqçisini qoruyub-saxlamağa çalışır
“Napoli” Batrakovla bağlı şayiəni təkzib etdi
Tudorun yerinə üç namizədin adı hallanır
Azərbaycan güləşçisi dünya çempionu oldu
MPK rəhbərliyi Panyutinlə uzunmüddətli planları müzakirə edib
“Atletik”ə qarşı layiqli mübarizə aparmaq istəyirik” - Medina
Elmir Əliyev dünya çempionatının finalında
“Neftçi”dən əsas mərhələdə ilk qələbə
“Çelsi” və “Milan” Panikelli ilə maraqlanırlar
“Real”ın müdafiəçisi “el-klasiko”nu buraxacaq
“Atletik”lə matçda futbolçular çox hərəkət etməli olacaqlar” – Qurbanov
Yüksək Liqada növbəti oyunlar keçirilib
“Real”ın düşərgəsində itkilər var
“Olimpik” sabiq qapıçısının formasını əbədiləşdirdi
“Qızıl medala layiq idim” – Balabəy Ağayev
“Qarabağ” nəyə qadir olduğunu göstərib” - Aytor Paredes
Pedri “Barselona”nın oyun keyfiyyətindən narazıdır
“Qarabağ”la oyunda 1:0 normal olar” - Valverde
“Azərbaycan çempionatı çox rəqabətlidir” - “Lənkəran”ın basketbolçusu
Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək
Endrik Fransa nəhənglərindən birinə qoşulmaq istəyindədir
“Neftçi” Abubakarla müqavilənin müddətini açıqladı
Premyer Liqa klubunda yeni baş məşqçi
“Neftçi”nin yeni transferi Bakıda müayinədən keçdi
“Xankəndi” və “Şəki Siti”dən darmadağın
“Qran-pridəki final görüşündə Hidayətin səsini eşidirdim” - Kotsoyev
“Bayern”dən baş məşqçisi ilə yeni müqavilə
DAHA ÇOX

Ən çox oxunanlar