Digər
Yüksək Liqada növbəti oyunlar keçirilib

21.10.2025 | 21:15
Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.
Sports.az xəbər verir ki, hər iki çempionatda 2-ci turun qarşılaşmaları baş tutub.
Qadınların yarışında "Gəncə" "Murov Az Terminal"ı, kişilərin mübarizəsində isə "Xilasedici" "Ordu" kollektivini 3:0 hesabı ilə məğlub edib.
Matçlar müvafiq olaraq "Murov Az Terminal"ın və Fövqəladə Hallar Nazirliyinin idman zallarında reallaşıb.
Son xəbərlər