“Müdafiədə bəzi dəyişikliklər edəcəyik”

“Müdafiədə bəzi dəyişikliklər edəcəyik”

FIBA Avropa Kubokunun əsas mərhələsində bu gün Polşanın "Trefl" komandası ilə qarşılaşacaq "Abşeron Lions"un müdafiəsində bəzi dəyişikliklər ediləcək.

Sports.az xəbər verir ki, bunu baş məşqçi Erhan Toker klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, hücumla bağlı problemin olmadığını söyləyib:

"Son oyundan sonra bu matça hazırlıq üçün 2 gün vaxtımız var idi. Müdafiədə bəzi dəyişikliklər edəcəyik. İnşallah, yaxşı nəticə qazanarıq. Hücumla bağlı problemimiz yoxdur. Az xal qazanmırıq. Müdafiəni düzgün təşkil etsək, qələbə şansımız artacaq".

Mütəxəssis Azərbaycanın digər klubu "Neftçi"nin oyununa da toxunub:

"Neftçi" - "Kalev" oyununa gəlincə, "Neftçi"ni təbrik edirəm. Yaxşı oynadılar. Cərimə atışlarını çox qaçırmalarına baxmayaraq, "3-lük" atışlarda yaxşı təsir bağışladılar. Bizim oyun onlara gözəl nümunə oldu deyə düşünürəm. Bir daha təbrik edirəm".

Qeyd edək ki, qarşılaşma bu gün, saat 19:00-da Bakı İdman Sarayında start götürəcək. "Abşeron Lions" ilk görüşdə "Kalev"ə uduzub - 85:93.

Son xəbərlər
“Qarabağ” “Atletik”ə məğlub oldu
“Rəqib komandaya zəif olmadığımızı sübut etməyə çalışdıq”
Azərbaycan klubu “Trefl”ə də uduzdu
“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasında Fransa klubuna uduzdu
Şəkidə məşqçi kurslarına start verilib
“Atletiko” Alvaresə görə “Barselona” ilə danışıqlara hazırdır
Çexiya millisində müvəqqəti baş məşqçi
“Real” qışda futbolçusunu buraxmağa hazırdır
Flik “Real”la matçda komandasına kömək edə bilməyəcək
Azərbaycanlı mütəxəssis ÇL oyununa təyinat alıb
“Tottenhem” “Portu”nun “vuran ayağı”na göz dikib
“Qalatasaray”da ciddi itki
“Sportinq” məzununu “Barselona”ya buraxmaq istəmir
Yamal Çempionlar Liqasının tarixinə düşdü
“Araz-Naxçıvan”ın ev oyunlarını keçirdiyi stadion təmirə bağlandı
“Difai” “Şimal”a böyük hesabla qalib gəldi
“Zirə” futbolçusu ilə yollarını ayırdı
“Qarabağ”ın U-19 komandası “Atletik”ə uduzdu
Aleksander-Arnoldun sıraya dönəcəyi tarix açıqlandı
Çempionlar Liqası tarixinin ikinci ən yaxşı göstəricisi
“Müdafiədə bəzi dəyişikliklər edəcəyik”
Dağ velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub
Feliksdən Ronaldo haqda açıqlama
Messidən MLS-də yeni rekord
Premyer Liqanın 9-cu turu rəqəmlərin gözü ilə
“Qazaxıstanla oyunları yüksək səviyyədə keçirməyə çalışacağıq”
Florentino Peres “Real”da inqilab etmək niyyətindədir
XXI əsrin rekordu təkrarlandı
Yüksək Liqada 6-cı turun təyinatları bəlli oldu
AÇ: Daha bir boksçumuz yarımfinala vəsiqə qazandı
DAHA ÇOX

Ən çox oxunanlar