AVF prezidenti milli üzvləri ilə görüşdü

AVF prezidenti milli üzvləri ilə görüşdü

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov III MDB Oyunlarında bürünc medal qazanmış voleybolçu qızlardan ibarət U-15 komandamızın üzvləri ilə görüşüb.

Sports.az xəbər verir ki, görüşdə AVF-nin vitse-prezidentləri Faiq Qarayev, Bəhruz Quliyev, baş katib Faiq Orucov, federasiya nümayəndələri, U-15 yığmamızın oyunçuları, məşqçilər heyəti və valideynlər iştirak edib.

Bağırov ilk olaraq komandamızın oyunçularını və məşqçilər heyətini bürünc medal münasibətilə təbrik edib. O, bu mükafatı AVF-nin uşaq voleybolunun inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin uğurlu nəticəsi kimi dəyərləndirib. 

Bağırov yeniyetmə voleybolçulara daim öz üzərlərində yaxşı çalışmalarını, gələcəyin güclü, tanınmış voleybolçusu olmaq, əsas millimizin heyətində yer almaq üçün hər zaman ciddi səylə göstərmələrini tövsiyə edib, onlara qarşıdakı yarışlarda və karyeralarında uğurlar arzulayıb. Federasiya rəhbəri hər zaman övladlarının yanında olan və onlara dəstək olan valideynlərə də təşəkkürünü bildirin. 

Sonra Faiq Qarayev, Bəhruz Quliyev və Faiq Orucov çıxış edərək federasiya tərəfindən ölkəmizdə uşaq və yeniyetmə voleybolunun inkişafı istiqamətdə işlərin davam etdirildiyini bildiriblər, həm qızlar, həm də oğlanlardan ibarət komandalarımızın yaxın gələcəkdə daha böyük uğurlar qazanacağına inamlarını ifadə ediblər. 

Tədbirdə çıxış edən komandanın baş məşqçisi Şahin Çatma, yeniyetmə voleybolçular və valideynlər AVF rəhbərliyinə yaradılan şəraitə və voleybolun inkişafı ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
“Trabzonspor”dan inamlı qələbə
“Bayern”dən darmadağın
Bruno Fernandes Səudiyyə Ərəbistanına keçiddən imtina etməsini əsaslandırdı
“Mbappe “Qızıl top”a layiqdir”
Luis Enrike oyunçularına yanaşmasını açıqladı
Hücumçusu “Roma”dan ayrılmaq niyyətindədir
“Bayern”in işləri yaxşı gedir” - Robben
Azərbaycan güləşçisi dünya üçüncüsü oldu
Kovaçiçlə “ortabablar” maraqlanırlar
“Real” “Yuventus”un yarımmüdafiəçisi ilə maraqlanır
“Gənc və perspektivli komandamız var”
DAHA ÇOX

Ən çox oxunanlar