Zemfira Meftahətdinova “İdman veteranları” İctimai Birliyinin prezidenti seçildi

Zemfira Meftahətdinova “İdman veteranları” İctimai Birliyinin prezidenti seçildi

Olimpiya çempionu Zemfira Meftahətdinova "İdman veteranları" İctimai Birliyinin prezidenti seçilib.

Sports.az xəbər verir ki, bu barədə qərar Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan "İdman veteranları" İctimai Birliyinin ümumi yığıncağında verilib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Ardınca Zemfira Meftahətdinova təşkilatın fəaliyyətinə dair 2024-cü ildən ötən dövr ərzində görülən işlər barədə hesabatı təqdim edib.

Ardınca Meftahətdinovanın "İdman veteranları" İctimai Birliyinə preizdent seçilməsi qərara alınıb.

Tamilla Bünyadova birinci vitse-prezident, Rafiq Hacıyev və Elşad Nərimanov vitse-prezidentlər, Tərlan Həsənov, Şamil Əbdülrəhmanov, Lyudmila Şubina, Əhməddin Rəcəbli və Nigar İbrahimova isə İdarə Heyətinin üzvləri seçiliblər.

Eyni zamanda, İctimai Birliyin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb və səsvermə nəticəsində yeni redaksiya qəbul olunub.

Gənclər və İdman Nazirliyinin müşaviri Nurlana Məmmədzadə çıxış edərək "İdman veteranları" İctimai Birliyinin ümumi yığıncağı, nizamnaməsi və onun yeni redaksiyası barədə təqdimatla çıxış edib.

Sonda Zemfira Meftahətdinova göstərilən etimada görə təşəkkür edib.

Son xəbərlər
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
“Trabzonspor”dan inamlı qələbə
“Bayern”dən darmadağın
Bruno Fernandes Səudiyyə Ərəbistanına keçiddən imtina etməsini əsaslandırdı
“Mbappe “Qızıl top”a layiqdir”
Luis Enrike oyunçularına yanaşmasını açıqladı
Hücumçusu “Roma”dan ayrılmaq niyyətindədir
“Bayern”in işləri yaxşı gedir” - Robben
Azərbaycan güləşçisi dünya üçüncüsü oldu
Kovaçiçlə “ortabablar” maraqlanırlar
“Real” “Yuventus”un yarımmüdafiəçisi ilə maraqlanır
“Gənc və perspektivli komandamız var”
DAHA ÇOX

Ən çox oxunanlar