Azərbaycan millisinin İslamiadadakı hədəfi bəlli oldu

Azərbaycan millisinin İslamiadadakı hədəfi bəlli oldu

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək 6-cı İslam Həmrəyliyi Oyunlarındakı hədəfi bəlli olub.

Sports.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Aleksandr Revva açıqlayıb.

O, yarışda mükafatçılar sırasına düşmək istədiklərini bildirib.

"Turnirə hazırlığın ilk mərhələsini Bakıda keçdik, hazırda isə 10 günlük təlim-məşq toplanışı üçün Mingəçevirdəyik. Burada xüsusi fiziki hazırlığı texniki-taktiki çalışmalarla birləşdiririk. Oyun təcrübəsini artırmaq məqsədilə ‘Kür" komandası ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırırıq. Toplanış ayın 30-dək davam edəcək, yekun mərhələ isə Bakıda təşkil olunacaq. Ümumilikdə oyunçuların məşqlərə yanaşmasından və göstərdikləri fədakarlıqlardan çox razıyam".

Mütəxəssis İslamiadadakı rəqiblər haqqında tam məlumatının olmadığını söyləyib:

"Çünki komandaların bəziləri hələ turnirdə iştiraklarını rəsmən təsdiqləməyiblər. Biz bu yarışa ciddi məqsədlərlə hazırlaşırıq. Əsas hədəfimiz medallar uğrunda mübarizə aparmaq, ən azı mükafatçılar sırasına düşməkdir. Komandamız bu məqsədə çatmaq üçün bütün gücü ilə çalışacaq".

İslam Həmrəyliyi Oyunları noyabrın 7-dən 21-dək keçiriləcək.
 

Son xəbərlər
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
“Trabzonspor”dan inamlı qələbə
“Bayern”dən darmadağın
Bruno Fernandes Səudiyyə Ərəbistanına keçiddən imtina etməsini əsaslandırdı
“Mbappe “Qızıl top”a layiqdir”
Luis Enrike oyunçularına yanaşmasını açıqladı
Hücumçusu “Roma”dan ayrılmaq niyyətindədir
“Bayern”in işləri yaxşı gedir” - Robben
Azərbaycan güləşçisi dünya üçüncüsü oldu
Kovaçiçlə “ortabablar” maraqlanırlar
“Real” “Yuventus”un yarımmüdafiəçisi ilə maraqlanır
“Gənc və perspektivli komandamız var”
“Rəqabətə tap gətirə biləcək gənc oyunçumuz yoxdur” - Rəşad Sadıqov
“İkinci hissədə biz daha üstün idik” - Saşa İliç
“Sumqayıt” “Zirə”yə belə uduzdu - VİDEO
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
“Neftçi” “Abşeron Lions”a uduzdu
AAF rəsmiləri Avropa Atletika Assosiasiyasının tədbirində
Masazırda məhsuldar heç-heçə, Zirədə 1 qol
DAHA ÇOX

Ən çox oxunanlar